Nəriman Həsənzadənin vəfatı bir dövrün başa çatması deməkdir Orxan Fikrətoğlu
Azxeber.com saytından alınan məlumata görə, Icma.az bildirir.
"Nəriman Həsənzadənin vəfatı bir dövrün başa çatması deməkdir".
AZXEBER.COM xəbər verir ki, bu sözləri Beynəlxalq Muğam Mərkəzində keçirilən Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimində yazıçı Orxan Fikrətoğlu deyib.
O bildirib ki, Nəriman Həsənzadə uşaqlıqdan insanlığı sevən, hisslərini poeziya ilə ifadə etməyi bacaran nadir sənətkarlardan olub:
"Nəriman Həsənzadə ən kədərli, ən sevincli hadisələri belə öz içindən keçirib şeirə çevirərək dünyaya çatdıra bilən söz adamı idi. Düşünürəm ki, o, son söz sehrbazlarından biri idi".
Orxan Fikrətoğlu qeyd edib ki, Xalq şairinin vəfatı Azərbaycan ədəbiyyatı üçün böyük itkidir:
"Bu, Azərbaycan ədəbiyyatı üçün böyük itkidir. Nəriman Həsənzadə 50-ci illər poeziyasının son nümayəndələrindən idi. Onun gedişi bütöv bir epoxanın, bir dövrün başa çatması deməkdir".
O vurğulayıb ki, Nəriman Həsənzadəni səciyyələndirən ən əsas xüsusiyyət sevgi idi:
"Nəriman Həsənzadə haqqında saatlarla danışmaq olar. Amma onu ən dəqiq ifadə edən bir söz varsa, o da sevgidir. O, həm poeziyası, həm də insanlığı ilə insanlara sevgi aşılayan böyük şair idi".
Fəridə Əsədzadə
Baxış sayı:165
Bu xəbər 02 Avqust 2026 12:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















