Icma.az
close
up
RU
Nəriman Nərimanovun vəfatından 101 il ötür

Nəriman Nərimanovun vəfatından 101 il ötür

Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün Azərbaycanın görkəmli dövlət xadimi və yazıçı Nəriman Nərimanovun anım günüdür. Onun vəfatından 101 il ötür.

BAKU.WS xəbər verir ki, Nəriman Kərbəlayi Nəcəf oğlu Nərimanov 1870-ci ildə Tbilisi şəhərində dünyaya gəlib. 1890-cı ildə Qori seminariyasını, 1908-ci ildə İmperator Novorosiysk (Odessa) Universitetinin Tibb fakültəsini bitirib.

O, xalqının üzləşdiyi çətinliklərdən çıxış yolu axtarır. Hələ gənc yaşlarında Bakıda kitabxana açır. Onun arzusu azərbaycanlıların maariflənməsi idi. Nəriman Nərimanov bu istiqamətdə geniş fəaliyyət göstərib.

Azərbaycanın müsəlman şərqində nail olduğu bir çox ilklər, o cümlədən ilk konstitusiya Nəriman Nərimanovun adıyla bağlıdır. Nərimanov hakimiyyəti dövründə Azərbaycan xalqının adət və ənənələrinə dərin hörmət verilmiş, bütün dini və ənənəvi bayramlar rəsmi olaraq qeyri-iş günü hesab olunmuşdur.

O, siyasətçidən əlavə bir maarifpərvər və dramaturq-yazıçı kimi Azərbaycan tarixində mühüm rol oynamış, 1894-cü ildə Bakıda ilk qiraətxananı açmışdır. Ədəbiyyatçı kimi Azərbaycan milli romanının ("Bahadır və Sona") və ilk tarixi faciənin ("Nadir şah") banisidir.

1920-ci ildə Azərbaycanda sovet hökumətinin qurulmasında yaxından iştirak edən Nəriman Nərimanov həm də onun rəhbərlərindən biri idi.

Mətbuata həvəs oyatmaq, qəzet, jurnal və kitab oxumaq vərdişini təlqin etmək baxımından, bu təşəbbüsün qiyməti əvəzsizdir. Qiraətxana Rusiya və xaricdən təkcə 27 adda qəzet alırdı. Onun müxtəlif millətlərdən olan oxucularının sayı gündən-günə, ildən-ilə artırdı. Məsələn, qiraətxananın fəaliyyətə başladığı gündən keçən bir aya yaxın müddətdə qeydə alınmış 710 oxucudan 292-si azərbaycanlı idi. 1897-ci ildə bu rəqəm artıq 8619 olmuşdu.

N.Nərimanovun təşkil və rəhbərlik etdiyi milli qiraətxananın səsi-sorağı Rusiyaya, bir sıra Yaxın və Orta Şərq ölkələrinə gedib çıxmışdı.

Bağçasarayda nəşr olunan "Tərcüman" qəzeti 1895-ci il 19 fevral tarixli nömrəsində "Bakı qiraətxanası" sərlövhəli xəbərdə yazırdı:

"Nəriman Nərimanov gözəl yazıçı idi. O, "Nadir şah" və digər əsərlərin müəllifidir. Xarici dillərdə yazılan bir çox əsərlərdən Azərbaycan dilinə tərcümələr edib, həm də dərsliklər yazıb. Nəriman Nərimanovun öz xalqı üçün etdikləri Azərbaycan rəhbərliyinə soxulmuş erməni millətçilərinin və digər düşmənlərin xoşuna gəlməyib. Onlar Nəriman Nərimanovu ləkələmək, onu nüfuzdan salaraq aradan götürməyə çalışıblar. Millətini çox sevən Nəriman Nərimanovu "millətçi" adlandırıb və onu Azərbaycandan uzaqlaşdırıblar".

Getdikcə Nəriman Nərimanov sovet hökumətinin çar Rusiyasının varisi olduğunu aydın dərk edib.

Nərimanov 19 mart 1925–ci ildə vaxtsız, müəmmalı şəraitdə Moskvada hökumət nümayəndələri ilə görüşdən bir neçə saat sonra dünyasını dəyişib və Qızıl Meydanda Kreml divarları yanında dəfn olunub.

O, ölümünə bir az qalmış oğlu Nəcəfə yazıb: "Əziz oğlum Nəcəf. Əgər mənə yaşamaq qismət olsa, onda mən səni elə tərbiyə etməyə çalışacağam ki, insanlığa xeyir gətirəsən. Əgər mənə ölüm qismət olsa, onda mən səndən xahiş edəcəyəm ki, sən insanlara heç olmazsa, mənim, sənin atanın etdiyi qədər edəsən".

Ölümündən sonra da ermənilər tərəfindən Nəriman Nərimanova qarşı böhtan kampaniyası davam etdirilib. Onun yubileyinin keçirilməsinə imkan verməyiblər. Nəhayət, Azərbaycana rəhbərlik edən Heydər Əliyev bütün bu maneələri aradan qaldıraraq Nəriman Nərimanovun 100 illiyinin təntənəli şəkildə keçirilməsinə nail olub.

Azərbaycan xalqı Nəriman Nərimanovun xatirəsini əbədiləşdirib.

Bakı şəhərinin rayonlarından biri onun adını daşıyır. Bakıda Nəriman Nərimanovun böyük abidəsi ucalır. Paytaxtımızın ən böyük prospektlərindən birinə Nəriman Nərimanovun adı verilib. Bundan başqa, Bakıda onun xatirə muzeyi fəaliyyət göstərir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://baku.ws
archiveBu xəbər 19 Mart 2026 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see358

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see277

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see276

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see274

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see266

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see265

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see263

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see260

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see256

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see241

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see239

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see234

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see231

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see230

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see228

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see210

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see209

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see205

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see205

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri