Icma.az
close
up
RU
Nərimanı qorumaq vaxtı...

Nərimanı qorumaq vaxtı...

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hər şeyin çoxu zərərdir…

Əsrlərdir el-obamızın hər qarışını dolaşan bu qiymətli atalar sözünü bugünümüzün özündə də nələrə aid ermək olmaz ki?  

Nifrətə. Mərhəmətə. Tərifə. Tənqidə. Hətta sevgiyə də.

İndi tərslkdən iş elə gətirib ki, bu gün 21 yaşlı Nəriman Axundzadə ən çox tənqid edilən futbolçumuz olub. Hətta o dərəcədə çox ki, bixəbər adamlara elə görsənə bilər ki, Azərbaycan futbolunun irili-xırdalı bircə problemi varsa, o da elə bu fağır Nərimandır.

İnsafən qeyd edilməlidir ki, tənqidlərin haqlı tərəfəri az deyil əlbəttə. Xüsusən 2 il yarım əvvəl Avroliqada “Braqa”ya son dəqiqədə vurduğu mühüm qələbə qolunun gətirdiyi erkən şöhrətin təsiri tezliklə özünü göstərməyə başladı. Bu qolun yaratdığı eyforiya ona gətirib çıxardı ki, sonrakı matçlarda saysız-hesabsız qol imkanları bir-bir qaçırıldı. Bu da istər-istəməz bu cavan və istedadlı hücumçumuzun karyerasını müəyyən dərəcədə zədələməyə başladı. 

Amma bir həqiqəti də unutmamalıyıq ki, ötən mövsüm Misli Premyer Liqasında azərbaycanlı futbolçular arasında ən çox qol vuran da elə Nəriman olub (31 oyuna 9 qol). Düzdür, bu, istənilən halda lider komandanın bir hücumçusu üçün yüksək göstərici sayıla bilməz və yeni mövsümdə düzəldilməli məqamdır.

Lakin təkcə bu vacib detal Azərbaycan futbolunun acı reallığının - hücumçu probleminin nə qədər dərin və ağrılı olduğunu ortaya qoyur. Təsəvvür edin, Misli Premyer Liqasında ötən mövsümün bombardirləri siyahısının TOP-10-luğunda cəmi bir azərbaycanlı oyunçu yer alıb. O da elə Nəriman olub. Bu faktın özü sənədli-sübutlu təsdiq edir ki, bu gün üçün ən çox qol vuranımız elə Nərimandır. Həmin siyahıya düşən digər 9 nəfərin hamısı isə başdan ayağa kimi legionerdir. Və o legionerlərin orada çoxluq təşkil etməsinin səbəbkarı 21 yaşlı Nəriman yox, 21 ildə AFFA-da və klublarfa iş görməyən bacarıqsız futbol idarəçilərinin uşaq futbolunun başına gətirdiyi müsibətlərdir.

Ona görə də istər-istəməz haqlı sual ortaya çıxır. Bəs niyə ötən mövsüm Nəriman kimi 9 qol vuran (9 qol e…) ikinci bir yerli oyunçumuz olmayıb? Deməli, problem bir tək Nərimanla və “Qarabağ”la əlaqəli deyil. Ümumən Azərbaycan futbolu hücumçu yetişdirməkdə çətinlik çəkir və bu, son 2-3 ilin yox, on illiklərin dərdidir.

Bu dərdin isə hələ də dərmanını tapan olmayıb. 

Sonda qayıdaq Nərimana. Bu mövsüm onun oyununda müsbətə doğru dəyişiklik görünür. Bu məsələdə şübhəsiz ki, baş məşqçi Qurban Qurbanovun güclü təsiri hiss olunur. 21 yaşlı hücumçu artıq 5 oyuna 2 qol vurub (özü də Çempionlar Liqasında). Düzdür, qol sayı çox da ola bilərdi. Əgər ələ düşən imkanlar qaçırılmasaydı.

Amma Nərimanın  Çempionlar Liqasında komandası üçün faydası görməzdən gəlinməməlidir. Hücumçu kimi rəqiblərinə basqısı, onlardan “top oğurlaması”, yarımmüdafiəçilərə aktiv köməyi, sanki bəzən elə həm də yarımmüdafiəçi kimi oynaması, əzmi, mübarizliyi (Musa Qurbanlıda da bu mövsüm bu keyfiyyətlər çox görünür) xüsusi vurğulanmalıdır. İndi görünən müsbət məqam odur ki, Nəriman haqlı tənqid və tələblərdən nəticə çıxararaq öz oyununü düzəltməyə başlayır. Bu, gələcək üçün yaxşı bir mesajdır. Nəriman eyforiyanın keçə biləcəyinin (bəlkə də artıq keçdiyinin) anonsunu verir. Ötən mövsüm avrokuboklarda 8 oyunda 1 qol belə vura bilməmiş hücumçi artıq qeyd edildiyi kimi bu mövsüm ÇL-də 2 dəfə rəqib qapısına yol tapıb… “Şkendiya”ya vurduğu gözəl qol isə unudulmazdır. Davamı gəlməlidir: gözəl olsa da, olmasa da.  

Təəssüf ki, hətta hər şeyin müsbətə doğru dəyişdiyi bu durumda belə Nərimanın üzərinə yersiz təzyiq və tənqidlərə (sosial şəbəkələrdə) şahid oluruq. Bilərəkdən, ya bilməyərəkdən bu gənc oyunçunun həssas, amma çox həvəsli dövründə, özü və komandası üçün can qoymağa hazır olduğu bir ərəfədə onu ruhdan sala biləcək ehtiyatsız fikirlərə rəvac veririk. 

Amma necə deyərlər, hər şeyin çoxu zərərdir. Tənqid də gərək yerində, zamanında olsun: həm də ədalətlə, insafla, ədəb-ərkanla. Tənqid xatirinə tənqid olanda onun nə hökmü, nə də mötəbərliyi qalır.

Odur ki, indi Nərimanı itirmək yox, qorumaq vaxtıdır…

Aydın Bağırov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://qol.az
archiveBu xəbər 27 Avqust 2025 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ramil Şeydayev Rusiya klubunda

23 Avqust 2026 01:44see312

İran ABŞ ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb

23 Avqust 2026 01:52see298

Beyləqan sakini bank əməkdaşı tərəfindən dələduzluğa məruz qaldığını iddia edir VİDEO

22 Avqust 2026 23:59see280

Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi

23 Avqust 2026 01:51see279

Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: Əgər...

23 Avqust 2026 03:07see249

Çelsi nin futbolçusu Premyer Liqa klubunun hədəfində

23 Avqust 2026 18:45see225

Olduqca gərgin və maraqlı oyunun şahidi olduq Rəşad Sadıqov

23 Avqust 2026 01:08see224

Tramp administrasından Kanadaya gözlənilməz tələb Karni AÇIQLADI

23 Avqust 2026 02:53see220

“Trampın İrana hücum etməklə nümayiş etdirdiyi axmaqlıq bütün ölkələrin nüvə silahına sahib olmaq həvəsini artırdı...“

23 Avqust 2026 08:19see191

Efiopiyanın Baş naziri Sahibə Qafarova ilə ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə edib

23 Avqust 2026 01:59see175

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see175

La Liqa klubunda yeni bombardir

23 Avqust 2026 00:51see174

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see171

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see169

Tramp HƏMAS ın tam tərksilahına dair razılaşmanın əldə olunduğunu bəyan etdi

23 Avqust 2026 16:15see167

Trabzonspor Fabinyonu istəyir

23 Avqust 2026 16:17see162

Biz Türkiyə ilə eskalasiyada maraqlı deyilik İsrailli nazirdən AÇIQLAMA

23 Avqust 2026 01:04see159

Bu Avropa şəhərində günəş iki ay batmır: Harada yerləşir? (FOTO/VİDEO)

23 Avqust 2026 21:15see159

İrandan Hörmüzlə bağlı YENİ QƏRAR gəmilərdən rüsum tutulacaq

24 Avqust 2026 01:20see153

A Seriyası: Nəhənglər səfərdə sevindi

24 Avqust 2026 00:48see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri