Nərimanov rayonunun bəzi küçələrində qaz olmayacaq
Sia Az saytına istinadən Icma.az xəbər verir.
Bu gün Bakının Nərimanov rayonunun bəzi küçələrinin qaz təchizatında fasilə yaranacaq. Bu barədə SİA Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.
Bildirilib ki, Nərimanov rayonu, T.Şıxəliyev küçəsi ilə Təbriz küçəsinin kəsişməsində yerüstü qaz xətlərinin əvəzlənməsi və yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədi ilə iyulun 31-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Təmir işləri aparılan müddətdə Təbriz, T.Şıxəliyev, Ə.Dəmirçizadə, F.Əsədov, C.Zeynalov, M.Məmmədov və S.Y.Bakuvi küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Nərimanov rayonunun bəzi küçələrində qaz olmayacaq
31 İyul 2025 09:29
Nərimanov rayonunun bəzi küçələrində qaz olmayacaq KONKRET
21 Aprel 2025 09:28
Nərimanov rayonunun bəzi ərazilərində qaz olmayacaq
01 Dekabr 2024 11:32
Sabah Nərimanov rayonunun bəzi ərazilərində qaz olmayacaq
01 Dekabr 2024 12:02

