Icma.az
close
up
RU
“Nərmin adını Noraya, Şəlalə adını Maşaya, Fatiməni də Fatışa dəyişdirmək istəyirlər, icazə vermirik” FOTO+ÖZƏL

“Nərmin adını Noraya, Şəlalə adını Maşaya, Fatiməni də Fatışa dəyişdirmək istəyirlər, icazə vermirik” FOTO+ÖZƏL

Icma.az, Moderator.az saytına istinadən bildirir.

“Adlar hər bir xalqın milli birliyi, kimliyidir. Adların verilməsində, qorunmasında, dilin özünün saflığının təmin edilməsində milli adların verilməsi üstünlük təşkil edir. Adlar və soyadlar komissiyasında da adların verilməsində bu prinsip əsas götürülür və adların verilməsində Azərbaycan dilinin daxili imkanlarından geniş istifadə edilir”.

Bunu Moderator.az-a açıqlamasında Nazirlə Kabineti Yanında Terminologiya komissiyasının sədr müavini, filologiya elmləri doktoru, professor Sayalı Sadıqova deyib.

O daha sonra əlavə edib:
 

“Statistik məlumatlara əsasən son illərdə verilən adlar milli adlardır. Ən çox Uğur, Atilla, eləcə də Ayxan, Alpər, “Dədə Qorqud” dastanında işlədilən Beyrək adının qaytarılması, uşaqlara verilməsi sevindirici haldır. Tarixən bizim dilimizdə işlədilən türk mənşəli adlar daha çox öz əksini tapır. Əlbəttə bir çox məqamlar var ki, hazırda valideynlərin çoxu Azərbaycan dilində olan adlardan yox, əcnəbi adlardan istifadə edir. Bu adların çoxu inglis, yunan, ərəb, fars mənşəli adlardır. Bu adların verilməsi bir çoxuna mənasına, uşağın cinsinə görə uyğun gəlmədiyi üçün Adlar və Soyadlar komissiyası tərəfindən tövsiyyə olunmur. Müraciət olunur ki, uşağın adı Alvenida olsun. Alvenida inglis dilinə məxsus olan bir addır və Azərbaycan dilinin heç bir ədəbi dil normasına uyğun gəlmir. Ərəb, fars mənşəli adlar tarixən bizim dilimizdə işlənib və bu adların verilməsi müsbət qarşılanır. Bu baxımdan Məhəmməd, Xədicə, Fatimə, Zəhra adı dilimizə oturuşub” deyə Sayalı Sadıqova bildirib.

Sayalı Sadıqova bildirib ki, bəzi hallarda Adlar və Soyadlar komissiyası da valideynlərin uşaqlara verdiyi adlara qarışa bilir:

“Qeydiyyat idarələrindən bizə müraciət edirlər. Müraciətlərdən biri Nərmin adını dəyişdirib Nora şəkilində verilməsi idi. Bunu da belə əsaslandırırdılar ki, Nərmin adına nisbətə Nora daha yaxşıdır. Biz elmi təhlillər əsasında müəyyənləşdirdik ki, Nora ola bilməz. Təkcə tövsiyyələr deyil, müəyyən adlar var ki, yazılışı, dildə tarixən işlənilməməsi və mənşəyi nəzərə alınaraq verilmir. Fərahim adının Axilles adına dəyişdirilməsi də müraciət olunmuşdu. Şəlalə də bizim dildə işlədilən və çox yayılan adlardan biridir. Şəlalə adını Maşa adı ilə dəyişdirmək istəyirlər. Bu nə dərəcədə düzgündür? Əlbəttə ki, belə adların verilməsinin qarşısı alınır. Ən çox da ədəbi dil normaları pozulur. Məzahir adı üçün də müraciət edib bildirmişdilər ki, onu Mazahir, Mezahir kimi yazaq. Hətta Fatimə adını da Fatış kimi yazmaq istəyirdilər. Biz əlbəttə ki, icazə vermədik və qarşısını aldıq. Bu tipli adların verilməsi qəti qadağan edilib” deyə Sayalı Sadıqova bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://moderator.az
archiveBu xəbər 30 Yanvar 2026 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see509

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see230

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see224

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see209

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see208

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see202

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see200

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see195

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see185

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see181

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see180

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see177

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see157

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see156

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see153

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see151

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see146

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see141

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see139

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri