Nərmin Kərimbəyova inklüziv uşaqların fəal dostu seçildi, Laçında təltifnamə aldı
Azxeber.com saytından alınan məlumata görə, Icma.az bildirir.
Müğənni Nərmin Kərimbəyova Azərbaycan Respublikası Prezidentinin Laçın şəhərində xüsusi nümayəndəliyi tərəfindən təltif edilib.
AZXEBER.com xəbər verir ki, sənətçi Laçın şəhərində ilk dəfə inklüziv uşaqlar üçün keçirilən böyük konsert proqramında iştirakına və inklüziv dəyərlərin təşviqinə verdiyi tövhəsinə görə Azərbaycan Respublikası Prezidentinin Laçın şəhərində xüsusi nümayəndəliyi tərəfindən təltif edilib.
"İnklüzivliyin Sirri Laçında” adlı fiziki məhdudiyyətli şəxslərin ilk konsert proqramı Laçın şəhərində Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin rəsmi tərəfdaşlığı, «Ümidlə Gəl» xeyriyyə layihəsi və Inclusive Organization Company-nin birgə təşkilatçılığı ilə baş tutub. Səfərindən olduqca xoşbəxt geri dönən Kərimbəyova, sonsuz hisslərini dilə gətirib:
"Qarabağa beşinci səfərim olsa da, ilk dəfə idi ki, Laçına səfər etdim. Laçının təbiəti fərqlənən, ruhsal və sadəcə möhtəşəmdir. Surətlə gedən zövqlü abadlıq işləri isə inanıram ki, ən qısa müddətdə Laçını dünyanın sevilib-seçilən turizm mərkəzlərindən birinə çevirəcək. Təltifnamə mənim üçün böyük sürpriz oldu. Artıq illərdir ki, mən inklüziv uşaqların fəal dostuyam.
Bu mövzuda saysız layihələrdə, televiziya proqramlarında və konsertlərdə iştirak etməyi davam edirəm. Son ilə 10-a yaxın fərqli inklüziv tədbirin iştirakçısı olmuşam, çünki bu mövzuya laqeyd deyiləm. Hər kəs üçün bərabər hüquq və imkanlar arzusunda olan insan olduğum üçün inklüziv uşaqların yanında olmağımı özümə vətəndaş borcu hesab edirəm. Mənə təqdim olunmuş təltifnamə mənim üçün çox dəyərli və önəmlidir. Düz yolda olmağımın bariz nümunəsidir".
Aysel
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 20 Avqust 2025 11:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















