Nəsimi rayonunda 6 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 30 yanvar, AZƏRTAC
Nəsimi Rayon Polis İdarəsinin19-cu polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbirlərlə əvvəllər dəfələrlə məhkum olunmuş 42 yaşlı Eldar Əliyev şübhəli şəxs qismində saxlanılıb. Ondan 6 kiloqrama yaxın marixuana və həşiş aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri satış məqsədilə əldə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, E.Əliyev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.
Araşdırmalar davam etdirilir.
Bu mövzuda digər xəbərlər:6 ton 928 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb
22 Noyabr 2024 09:36
Paytaxtın Nizami rayonunda 66 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO
30 Oktyabr 2025 18:55
Ötən gün 34 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb Doğru Xəbərlər
17 Yanvar 2025 12:19
6 tondan çox narkotik dövriyyədən çıxarılıb
18 Noyabr 2024 12:23
Ötən gün 25 kiloqrama yaxın narkotik qanunsuz dövriyyədən çıxarılıb
04 Oktyabr 2025 10:26
Baxış sayı:53
Bu xəbər 30 Yanvar 2026 17:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















