Icma.az
close
up
RU
Nəsimi rayonunda “Gələcək üçün yaşıl düşüncələr” adlı tədbir keçirilib FOTOLAR

Nəsimi rayonunda “Gələcək üçün yaşıl düşüncələr” adlı tədbir keçirilib FOTOLAR

Icma.az bildirir, Mia.az portalına istinadən.

Nəsimi rayon İcra Hakimiyyəti  Azərbaycan Dillər Universiteti ilə birgə  “Gələcək üçün yaşıl düşüncələr” adlı tədbir keçirib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun təhsil müəssisələrinin pedaqoji kollektivi və gənclər iştirak edib.

Mia.az-ın məlumatına görə, əvvəlcə tədbir iştirakçıları əl işlərindən ibarət sərgi ilə tanış olub.

Gənclər çay süfrəsi arxasında COP 29-la bağlı fikir mübadiləsi ediblər. Sonra dəyirmi masa arxasında müzakirələr davam edib. Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva tədbiri giriş sözü ilə açaraq COP 29-un  əhəməyyəti barədə geniş məlumat verdi.

Sonra  Azərbaycan Dillər Universitetinin  Tələbə Gənclər Təşkilatının sədri Nicat Əliyev çıxış edərək bildirdi ki, iqlim dəyişikliyi ilə sülh və əməkdaşlığın bir-birinə fəlsəfi və siyasi-nəzəri səviyyədə bağlandırılması çox mühüm məqamdır. Ona görə ki, iqlim dəyişikliyi hər şeydən öncə dövlətlərin digərlərinə və təbiətə münasibətlərini müəyyən edən şüur məsələsidir. Dövlət başqa dövlətlərin maraqlarına və təbiətə necə yanaşırsa, ona uyğun olaraq iqlim dəyişikliyinə töhfəsini verir. Məhz bu məqamda həmrəyliklə humanitarlığın fəlsəfi mənası ön plana çıxır. Praktiki fəaliyyətdə İlham Əliyev həmrəylik xəttinin humantiralıq aspekti ilə münasibətlərinin əməkdaşlıq və paylaşma ilə əlaqəsini əyani sübut etmişdir.

Azərbaycan Dillər Universitetinin 3-cü kurs tələbəsi Könül Qasımlının təqdimatında iqlim dəyişikliklərinin qlobal miqyasda təsirləri barədə videoçarx nümayiş etdirildi.

Daha sonra bir qrup tələbələr “Enerji siyasəti və yaşıl texnologiyalar” , “İqlim dəyişikliyində sosial ədalət” və “Azərbaycanda COP 29 çərçivəsində keçirilən ekoloji tədbirlər” mövzularında məruzə ilə çıxışları davam etdirdilər.

Tədbirin sonunda yekun sözlə çıxış edən rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva gənclərə dərin minnətdarlığını bildirdi və qeyd etdi ki, gənclər hər zaman göstərdiyi bacarıqları, bilikləri, milli dəyərləri, qonaqsevərliyi və birlikləri ilə bu tədbirlərdə fəal iştirak edirlər. Onuda qeyd etməliyik ki,   bu gün biz COP tarixində “Azərbaycan möhürü”ndən qürurla danışa bilərik. Bu, sülh, əməkdaşlıq, həmrəylik, humanitarlıq və tərəfdaşlıqla ekoloji faktorun bir-birini tamamlaması nümunəsi kimi dünya üçün yenilikdir. Bu cür qiymətləndirmənin kökündə ölkə rəhbərliyinin həyata keçirdiyi siyasi-diplomatik kursun dayandığını vurğulamalıyıq. Bunların fonunda keçən əsrin 90-cı illərində Heydər Əliyevin dürüstlüyü, humanitarlığı, ədalət və hüquqa üstünlük verməsi ilə müstəqil bir dövlətin başçısı olaraq beynəlxalq siyasət meydanındakı rolu bu gündə hiss edilir. “Əsrin müqaviləsi”ni nəinki imzalaması, sonra onu davamlı və qətiyyətlə vəd etdiyi kimi həyata keçirməsi göstərdi ki, dünya siyasətində real bir tendensiya yetişməyə başlayır. İndi bu məqamı dünyanın bütün ölkələrinin liderləri açıq etiraf edirlər. O etiraflar müxtəlif formada COP29-da da özünü göstərdi. Bu prinsiplərə paralel olaraq rəsmi Bakı regional, regionlararası və qlobal miqyasda əməkdaşlıq xəttini davamlı inkişaf etdirmişdir. Keçən əsrin enerji layihələrindən başlayaraq, yeni enerji layihələrini irəli sürmüşdür, qeyri-neft sektoru üzrə əməkdaşlığın təşəbbüskarı olmuşdur, bir sıra ikitərəfli, üçtərəfli və dördtərəfli əməkdaşlıq platformalarını hazırlamışdır, ekoloji cəhətdən təmiz olan bərpaolunan və “yaşıl enerji” üzrə əməkdaşlığın regionda əsas təşəbbüskarı olmuşdur, müxtəlif sivilizasiyaların, mədəniyyətlərin və dinlərin dialoqu üçün güclü tədbirlər keçirmişdir, geniş bir geosiyasi məkanda haqq, ədalət və hüququn təmin edilməsi üçün müxtəlif regional və beynəlxalq təşkilatlar çərçivəsində son dərəcə fəallıq göstərmişdir. Müxtəlif istiqamətlərdən olan güclü təsirlərə baxmayaraq, Azərbaycan rəhbərliyi sülh və əməkdaşlıq siyasətindən bir addım da kənara çıxmadı. Bununla tutduğu yolda qətiyyət və dəyanətlilik nümunəsi olduğunu bir daha göstərmiş oldu. COP29 həmin məqamı bütün məzmunu ilə təsdiq etməkdədir! Məsələ ondan ibarətdir ki, Azərbaycan üçün yeni tarixi mərhələ regionlararası miqyasdan qlobal miqyasa tərəfdaşlıq və əməkdaşlığın yeni platformalarını proyeksiya etmək baxımından xüsusi əhəmiyyət daşıyır. Bu mənada COP29 bir başlanğıcdır. Daha güclü və geniş təsir imkanlarına malik Azərbaycan Respublikasının yeni mərhələdə tərəqqisinin başlanğıcıdır. Əziz gənclər, bu gün Sizlər yeni mərhələnin, yeni tərəqqinin başlanğıcında olan ən dəyərli qüvvəsiz.Biz inanırıq ki, həmişəki kimi hər zaman birliyinizi nümayiş etdirəcəksiz və ölkəmizi yaşıl dünya, güclü və sağlam mühitə nail olacaqsız. Sizlərin hər birinizə sağlam həyat arzu edirəm.

Sonda Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən bir qrup fəal gənclərə  Təşəkkürnamə  verilərək  xatirə şəkili çəkilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://mia.az
archiveBu xəbər 20 Noyabr 2024 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri