Icma.az
close
up
RU
Nəsimi rayonunda “Suverenliyimizin sağlam gələcəyi: Keçmişdən bu günə” adlı tədbir keçirilib FOTOLAR

Nəsimi rayonunda “Suverenliyimizin sağlam gələcəyi: Keçmişdən bu günə” adlı tədbir keçirilib FOTOLAR

Icma.az, Mia.az portalına istinadən məlumat yayır.

Nəsimi rayon Polis İdarəsinin inzibati binasında Nəsimi Rayon İcra Hakimiyyətinin Rayon Polis İdarəsi ilə birgə “Konstitusiya və Suverenlik İli” çərçivəsində  “Suverenliyimizin sağlam gələcəyi: Keçmişdən bu günə” adlı tədbir keçirilib.

Mia.az-ın məlumatına görə, tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin, Nəsimi Rayon Polis İdarəsinin  məsul əməkdaşları, qazilər və rayon gəncləri iştirak edib.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Nəsimi Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Vüqar Ağayev bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan 28 dekabr 2024-cü il tarixli sərəncam ilə Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilmişdir.    

Vüqar Ağayev qeyd etdi ki, məhz bu il 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının Əsas Qanunu olan ilk Konstitusiyanın qəbul edilməsinin 30 illiyi və 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi Zəfərin 5-ci ildönümüdür. Bu sərəncam dövlətçilik tariximizin daha da dərindən öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısı cənab İlham Əliyev tərəfindən imzalanan sərəncam ölkəmizin keçmişi, bu günü və gələcəyi üçün xüsusi məna ifadə edərək, hüquqi dövlətçilik və suverenlik dəyərlərini yeni qlobal çağırışlar əsasında formalaşdırılması üçün vacib olmuşdur.

Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva çıxışında müasir və müstəqil Azərbaycanda suverenlik və tarixi gələcəyimizin bərqərar olmasında Ümummilli Lider Heydər Əliyevin rolu və uzaqgörənliyindən bəhs edib. Qeyd edib ki, 1993-cü ildə ölkəmiz suverenliyini itirmək məcburiyyətində qaldığı bir zamanda Ulu öndər Heydər Əliyevin dərin dühalığı və müdrikliyi ilə Azərbaycan yeni inkişafa doğru inamla addımlamış, eləcə də sağlam dövlətçiliyin əsası qoyulmuşdur. Azərbaycan suverenlik uğrunda ən böyük qələbəyə nail oldu və gücünü bütün dünyaya göstərdi, beynəlxalq hüquqi təmin etdi. Cənab Prezident İlham Əliyev müstəqil və güclü dövlət qurdu, Qoşulmama hərakatında lider oldu, iqtisadi müstəqilliyi təmin etdi. 2023-cü ildə Qarabağda suverenliyin tam bərpasına nail oldu. Bugünkü müstəqil və qüdrətli Azərbaycan İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir. Azərbaycan dövlətçiliyinin inkişafında və müstəqilliyinin möhkəmləndirilməsində Prezident İlham Əliyevin liderliyi altında Birinci vitse-prezident Mehriban Əliyevanında mühüm xidmətləri olmuşdur. Mehriban xanım həm hüquqi dövlət quruculuğunda, həm də Azərbaycanın suverenliyinin qorunmasında əhəmiyyətli rol oynayır. Mehriban Əliyeva ölkədə hüquqi islahatların artırılmasında, humanitar siyasətin həyata keçirilməsində, sosial rifahın gücləndirilməsində, qadın və uşaqların hüquqlarının qorunmasında, beynəlxalq konvensiyaların təqbiqi və qanunvericiliyin təkmilləşdirilməsində, mədəni irsin qorunmasında, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında, insan kapitalının inkişafında və milli birliyin təmin olunmasında xüsusi rolu var.

Daha sonra çıxış edən gənclər Sevinc Eyyubzadə və Sənan Hüseynov gənclərə göstərilən dövlət qayğısından, inkişaflarına yönələn layihələrdən bəhs etdilər. Bildirdilər ki, müstəqil, suveren, hüquqi, demokratik və inkişaf etmiş ölkənin gəncləri olmaqdan qürur duyduqlarını nəzərə çatdırdılar.

Çıxış edən “Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri” İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev bildirdi ki, 1990-cı illərin əvvəllərindən hərbi təcavüz ilə üzləşən ölkəmiz beynəlxalq ictimaiyyət tərəfindən tanınan ərazilərinin iyirmi faizinin işğal edilməsi ilə qarşı-qarşıya qaldı. Ermənistanda və işğal olunmuş torpaqlarımızda azərbaycanlılara qarşı etnik təmizləmə aparılmış, insanlıq əleyhinə və hərbi cinayətlər törədilmiş, təbii resurslar talan edilmiş, şəhər və kəndlərimiz viran edilmişdir. Lakin bu ərazilər otuz ilə yaxın müddət ərzində işğal altında qalsa da, hər zaman suveren Azərbaycan əraziləri  olaraq tanınırdı. A.Quliyev çıxışına davam edərək qeyd etdi ki, gənclər dövlətçilik tariximizi dərindən öyrənməli və hüquqi əsasların möhkəmləndirilməsinə töhvə verməlidirlər.

Tədbirdə gəncləri maraqlandıran suallar cavablandırılmış, ikitərəfli fikir mübadiləsi aparılmışdır.

Tədbirin sonunda Nəsimi rayon Polis İdarəsinin rəisi Vüqar Ağayev kibercinəyatkarlığa qarşı mübarizə ilə bağlı ətraflı məlumat vermiş və İdarə tərəfindən hazırlanmış maarifləndirici bukletlər əməkdaşlar tərəfindən tədbir iştirakçılarına paylanılmışdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://mia.az
archiveBu xəbər 20 Fevral 2025 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see248

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see216

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see202

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see197

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see194

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see164

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see151

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see149

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see149

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see142

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see139

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see136

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see130

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see128

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see128

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see127

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see127

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see126

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see125

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri