Icma.az
close
up
RU
“Netanyahu 2024 cü ildə İrana hücum qərarını verib”

“Netanyahu 2024 cü ildə İrana hücum qərarını verib”

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Washington Post” qəzeti İsrailin baş naziri Netanyahunun 2024-cü ilin oktyabrından sonra İrana hücuma hazırlaşmaq göstərişi verdiyini yazıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsraillə İran arasında 12 günlük müharibədə atəşkəsin əldə edildiyi açıqlansa da, İsrailin İrana hücumu çoxdan planlaşdırdığı iddia edilib.

ABŞ-nin “The Washington Post” (WP) qəzetinin hazırkı və keçmiş İsrail rəsmilərinə əsaslanan xəbərinə görə, İsrailin baş naziri Benyamin Netanyahu İrana hücum planını ABŞ prezidenti Donald Trampın İranla nüvə danışıqlarına başlamaq səylərindən çox əvvəl işə salmışdı.

Buna görə də İsrailin baş naziri ötən ilin oktyabrından sonra İrana hücuma hazırlaşmaq üçün ümumi tapşırıq verib. Bunun ardınca İsrail kəşfiyyat rəsmiləri sui-qəsd yolu ilə hədəfə alına biləcək İranın nüvə alimləri və hərbi rəhbərlərinin siyahısını tərtib etməyə başladılar. İsrail Hərbi Hava Qüvvələri həmçinin İrana qarşı gələcək bombardmanlar, “səmanı təmizləmək” üçün Livan, Suriya və İraqda hava hücumundan müdafiə sistemlərini sistematik olaraq zərərsizləşdirməyə başladı.

Xəbərə görə, İsrail rəsmiləri İsrailin təkbaşına hücum etməsindənsə, ABŞ-nin hərbi əməliyyata qatılacağı təqdirdə İranın nüvə proqramının hədəfə alınmasının daha təsirli olacağına inanırdılar. İsrail rəsmiləri 2024-cü ilin payızında ABŞ-nin o zamankı prezidenti Co Bayden administrasiyası dövründə həmkarları ilə danışıqlar aparıblar. Məsələdən xəbəri olan üç mənbəyə görə, bu danışıqların məqsədi yay aylarında iki ölkənin kəşfiyyat qurumları tərəfindən toplanan kəşfiyyat məlumatlarını müzakirə etmək olub ki, bu da İranın nüvə alimlərinin silahların hazırlanması, nəzəri tədqiqatları davam etdirmək üçün bir araya gəldiyini göstərir. Lakin ABŞ kəşfiyyatı İran rəhbərliyinin belə bir qərar verdiyi qənaətinə gəlməmişdi. Məsələ ilə bağlı məlumatı olan beş mənbə ABŞ kəşfiyyatının bu qiymətləndirməni Tramp dövründə də davam etdirdiyini bildirib. 

İsrail hökumətinin yüksək rütbəli rəsmiləri şəxsi söhbətlərində izah ediblər ki, İsrailin baş naziri Binyamin Netanyahu və ABŞ prezidenti Donald Trampın aprelin 7-də Oval kabinetdə görüşməsinə həftələr qalmış, İsrail mart ayında İrana ABŞ-nin iştirakı ilə və ya iştirakı olmadan ən geci iyuna qədər zərbə endirmək qərarına gəlib. Mənbələrdən biri izah edib ki, bunun arxasında duran məntiq İranın ilin ikinci yarısında öz hava hücumundan müdafiə sistemlərini yenidən quracağıdır. 

Orxan

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 24 İyun 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see320

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see267

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see226

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see223

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see220

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see218

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see217

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see217

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see213

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see213

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see210

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see200

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see198

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see192

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see190

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see181

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see178

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see177

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see177

Yeni yaranan planet aşkarlandı

23 Sentyabr 2026 22:47see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri