Netanyahu göstəriş verdi: “Əgər razılaşma pozularsa, ordu müharibəyə hazırdır”
İsrailin baş naziri Benyamin Netanyahu Livanla atəşkəsdən sonra verdiyi ilk müsahibəsində “Razılaşmanın ciddi şəkildə pozulması halında orduya gərgin müharibəyə hazırlaşmaq göstərişi vermişəm” deyib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrailin Livanın cənubunda niyə bufer zona yaratmadığı sualını cavablandıran Netanyahu quru işğalı təhlükəsinin aradan qalxdığını bildirib.
O bildirib ki, İsrail ordusu Livan sərhədində Hizbullahın yerüstü və yeraltı sığınacaqlarını və tunellərini məhv edib.
İranın nüvə proqramı ilə bağlı Netanyahu vurğulayıb ki, o, İranın nüvə silahına malik olmasının qarşısını almaq üçün hər şeyi edəcək.
Orxan Saffari
Baxış sayı:75