Netanyahu: “Rejimin, SEPAH ın və onların…” KONKRET
Konkret.az saytına istinadən Icma.az xəbər verir.
İsrailin Baş naziri Benyamin Netanyahu ötən gün İranın raket zərbəsinə məruz qalmış Arad şəhərinə səfəri zamanı rəsmi Tehrana qarşı kəskin xəbərdarlıqlar edib. Netanyahu İsrailin hədəfinin birbaşa İran rejimi və onun hərbi qanadı olan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) olduğunu bəyan edib. “Biz rejimin arxasınca gedirik. Biz bu cinayətkar banda olan SEPAH-ın, onların liderlərinin, obyektlərinin və iqtisadi aktivlərinin arxasınca şəxsən gedirik”, – deyə Baş nazir vurğulayıb.
KONKRET.az xəbər verir ki, Netanyahu çıxışında dünya ölkələrini İrana qarşı koalisiyaya qoşulmağa çağırıb. O, İranın təhdidlərinin artıq regional çərçivəni aşaraq Avropaya çatdığını bildirib: “Onlar artıq bir Avropa ölkəsi olan Kiprə hücum ediblər. İsrail və ABŞ bütün dünya naminə birlikdə çalışır. Digər ölkə liderlərinin də bizə qoşulma vaxtı çatıb. İndi hərəkətə keçmək zamanıdır”.
Natiq Səlim,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:199
Bu xəbər 22 Mart 2026 20:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















