Netanyahu sonda ETİRAF ETDİ: “Biz İranı ləngitsək də, tamamilə dayandıra bilmədik” KONKRET
Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
İsrailin baş naziri Benyamin Netanyahu Donald Trampın ABŞ-ın Qəzzaya nəzarəti ələ keçirəcəyi ilə bağlı sözlərinə münasibət bildirib.
KONKRET.az xəbər verir ki, Netanyahu fikrini belə izah edib:
“Düşünmürəm ki, Tramp HƏMAS-ı məhv etmək işini başa çatdırmaq üçün ABŞ əsgərlərini köməyə göndərməkdən danışırdı. Bu, bizim öhdəliyimizdir”.
O, vurğulayıb ki, İsrail bu işi başa çatdırmağa qadirdir. Netanyahu həmçinin Trampın qəzzalıları başqa ölkələrə köçürmək fikrini də şərh edib:
“Bu, eşitdiyim ən yaxşı fikirdir”, – İsrailin Baş naziri bildirib.
Müsahibə zamanı İran təhlükəsinə xüsusi diqqət yetirilib:
“Trampın Ağ Evə gəlişi İranın təcavüzkar siyasətinə ciddi zərbə oldu. İran heç vaxt nüvə silahı əldə etməyəcək. Əgər biz onların qarşısını almaq üçün müxtəlif tədbirlər görməsəydik, bu, yəqin ki, 10 il əvvəl baş verərdi. Ancaq etiraf edim ki, biz İranı ləngitsək də tamamilə dayandıra bilmədik”.
Vəli Həsənoğlu,
KONKRET.az
Baxış sayı:123
Bu xəbər 06 Fevral 2025 13:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















