Icma.az
close
up
RU
Netanyahu Starmeri HƏMAS ı terrorçuluğu təşviq etməkdə günahlandırıb

Netanyahu Starmeri HƏMAS ı terrorçuluğu təşviq etməkdə günahlandırıb

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Londonun Fələstin dövlətini tanımaq planlarını elan etməsindən sonra İsrailin baş naziri Benyamin Netanyahu britaniyalı həmkarı Keir Starmeri radikal HƏMAS hərəkatının "dəhşətli terrorizmini təşviq etməkdə" günahlandırıb.

Bizimyol.info xəbər verir ki, bu barədə İsrail Nazirlər Kabinetinin rəhbəri "X" sosial şəbəkə hesabında yazıb.

"Starmer HƏMAS-ın dəhşətli terrorizmini təşviq edir və onun qurbanlarını cəzalandırır", - deyə Netanyahu qeyd edib.

"Bu gün İsraillə sərhəddə yerləşən cihadçı dövlət sabah İngiltərəni təhdid edə bilər. Biz, bütün dünya üçün məhz bunun qarşısını alırıq, bu baş verməyəcək", - deyən İsrailin baş naziri bildirib.

Bundan əvvəl Yəhudi dövlətinin Xarici İşlər Nazirliyi bildirmişdi ki, İsrail Starmerin bəyanatını rədd edir və bunu “Həmas üçün mükafat” adlandırır.

Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir ki, Londonun planları “Qəzzada atəşkəs və girovların azad edilməsi ilə bağlı razılığın əldə edilməsi səylərinə zərər verir”.

İyulun 29-da Starmerin ofisi İsrailin Qəzzaya humanitar yardımın qarşısını almağa və anklavda hərbi əməliyyat keçirməyə davam edərsə, Böyük Britaniyanın BMT Baş Assambleyasının (GA) sentyabr sessiyası ərəfəsində Fələstin dövlətini tanıyacağına dair bəyanat yayıb.

İyulun 24-də Fransa prezidenti Emmanuel Makron bildirib ki, Paris BMT-nin sentyabrda keçiriləcək sessiyasında Fələstin dövlətini tanıyacaq.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 30 İyul 2025 07:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri