Netanyahudan Putinə: İrana HHM və qırıcı satmayın, ABŞ la münasibətlərdə yardım edim
Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
İsrailin Baş naziri Benyamin Netanyahu Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı ona İrana hava hücumundan müdafiə sistemləri və qırıcı təyyarələr verməməsi müqabilində ABŞ-la münasibətlərdə yardım təklif edib.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb. Bildirilir ki, Netanyahu bu təklifi Vaşinqtonla Moskva arasında gərgin münasibətlər fonunda irəli sürüb.
İsrail tərəfi, xüsusən də İranın hərbi gücünün artmasından narahat olaraq Rusiyanın bu ölkəyə strateji silah sistemləri satmasının qarşısını almağa çalışır.
Danışığın detalları tam açıqlanmasa da, Tel-Əvivin ABŞ-dakı nüfuzundan istifadə edərək Rusiya üçün diplomatik imkanlar yaratmağı vəd etdiyi qeyd olunur.
Tahir Turan
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 29 İyul 2025 00:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















