Icma.az
close
up
RU
“Netanyahunun Cənubi Azərbaycanla bağlı mövqeyi ürəkaçan deyil Güneyli hüquq müdafiəçisi

“Netanyahunun Cənubi Azərbaycanla bağlı mövqeyi ürəkaçan deyil Güneyli hüquq müdafiəçisi

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Globalinfo.az İranİsrail müharibəsində son proseslərlə bağlı Güney Azərbaycandan olan hüquq müdafiəçisi, Azərbaycan Mərkəz Partiyasının sədri, ANT televiziyasının qurucusu Saleh Kamranidən müsahibə alıb.

Müsahibəni təqdim edirik:

– İranın Urmiya, Mahamad, Qoşaçay və Sulduz şəhərlərindən Türkiyənin Hakkari sərhədinə doğru köç olduğu barədə sosial şəbəkədə görüntülər yayılıb, bu məlumat doğrudurmu?

– Bəzi xəbərlər var ki, bir sıra insanlar Türkiyəyə doğru getməyə başlayıb. Bu, doğru ola bilər.

– Ötən gün İranda İsrailin MOSSAD kəşfiyyat agentliyinə casusluq etməkdə ittiham olunan şəxslər edam edilib. “Mizan” xəbər agentliyinin məlumatına görə, onlardan biri – məhkum İsmayıl Fekri 2023-2024-cü ilin qışında İranla bağlı məxfi məlumatları ötürdüyünə görə saxlanılıb. Onun iki İsrail kəşfiyyatçısı ilə əlaqə saxladığı və onlardan tapşırıqlar aldığı iddia edilir. Bəziləri bu şəxslərin güneyli fəallar olması və İran rejiminin fürsətdən yararlanaraq onları edam etdiyini iddia edir. Bu haqda nə deyə bilərsiniz?

– Bu gün edam olunan şəxs bizim milli fəallardan deyil. Bu şəxslər Güney azərbaycanlı ola bilərlər, ancaq qətiyyən milli fəal və milli hərəkatdan deyillər.

Həmçinin oxuyun:

Yaxın Şərq qan gölünə çevrildi – Azərbaycanın seçimi nə olacaq?

Saleh Kamrani

İran Ali rəhbəri Əli Xameneinin nüvə danışıqlarına razılaşmayıb bunkerdə gizləndiyi deyilir. Həmçinin məlumata görə, onun yaxın ətrafı Rusiya ilə danışıqlar apararaq son durumda sığınacaq istəyir. Sizcə, İranİsrail savaşı nə ilə nəticələnəcək? İran danışıqlara gedəcəkmi, yoxsa rejim özü dəyişəcək?

İran bu günə qədər nüvə silahı istehsalı üzrə fəaliyyətin durdurulmasını qəbul etməyib. İran xarici işlər naziri deyib ki, İsrail savaşı dayandırsa biz də dayandıracağıq. Putinin savaşı durdurmaqla bağlı Trampla telefon danışığı olub. Amma İran rejiminin indiyədək mövqeyində hər hansı dəyişiklik görünmür.

Bu mövqenin dəyişməsi ABŞ-ın atacağı addımlardan asılı olacaq. ABŞ İsrailin yanında müharibəyə qoşularsa vəziyyət İranın əleyhinə ciddi şəkildə dəyişəcək və nüvə zənginləşdirməsi məsələsi də mənasız olacaq. Yox, əgər ABŞ müdaxilə etməzsə savaş davam edəcək. Görünən odur ki, nə İran, nə də İsrail müharibəni genişləndirməkdə maraqlı deyillər. Ancaq İsrail istəyir ki, müharibə uzansın və rejimi daha çox zəiflətsin. İran isə savaşın nə genişlənməsini, nə də uzanmasını istəyir. Hazırda isə savaşın dayandırılması mümkün deyil.

– Sizcə, İran elitasında Xameneinin yerini bilən varmı?

– Xameneinin harada olduğu məlum deyil. Onun mesajları naməlum yerlərdən yayılır. Biz düşünmürük ki, İsrail İran rejiminin dəyişdirilməsində ciddidir. Netanyahu bəzən mesajlar verir və bu, türklərlə bağlı müsbət mesajlar deyil. Məsələn, Kiri tərifləyir və ya farslarla yəhudilərin dostluğundan danışır. Yəni türk milləti ilə bağlı hər hansı bir müsbət mesaj yoxdur. Əgər rejim dəyişikliyinə gedərlərsə İsrailin bununla bağlı mövqeyi bizim maraqlarımızı təmin etmir. Bu o demək deyil ki, biz rejimin dəyişməsini istəmirik. Biz rejimin dəyişməsini istəyirik, amma İsrailin də azərbaycanlıların və türklərin yanında olduğunu düşünmürük və buna inanmırıq.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 İyun 2025 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri