Icma.az
close
up
RU
Netanyahunun hücum planı: Tramp “təxirə saldı”, lakin ləğv etmədi

Netanyahunun hücum planı: Tramp “təxirə saldı”, lakin ləğv etmədi

Icma.az bildirir, Sfera.az saytına əsaslanaraq.

İsrailin İrana qarşı hərbi hücum planı yenidən gündəmə gəlib. 

Sfera.az “CNN Türk” nəşrinə istinadən xəbər verir ki, ABŞ-İran nüvə danışıqları davam edərkən, prezident Donald Trampın Netanyahunun Ağ Evə son səfəri zamanı təqdim edilən bu hücum planına qarşı çıxması, bölgədə gərginliyi bir müddətlik azaldıb. Lakin danışıqların uğursuzluqla nəticələnəcəyi təqdirdə, dayandırılmış planın yenidən hərəkətə keçə biləcəyi bildirilir.


Netanyahu Ağ Evə aprel ayının 7-də etdiyi ikinci səfərində İrana hərbi zərbə planını Trampa təqdim edib. Tramp isə bu planı qəbul etməyərək diplomatiya yolunu seçib. Prezidentin “Mən bunu təxirə saldığımı deməzdim, amma bunu etməyə də tələsmirəm” sözləri isə planın tamamilə ləğv olunmadığını göstərir.

Hazırda ABŞ və İran nümayəndələri Oman vasitəçiliyi ilə danışıqlar aparır. Danışıqlar iki əsas istiqamətdə davam edir. İranın nüvə fəaliyyətlərinə nəzarət və İrana qarşı tətbiq olunan sanksiyaların ləğvi. ABŞ bu danışıqlarla həm də İsrailin mümkün hücumunun qarşısını almağa çalışır. Türkiyə üçün isə vəziyyət daha kritikdir. İsrailin Netanyahunun dilindən Türkiyə ilə bağlı şikayətləri Tramp tərəfindən sərt qarşılanıb. Tramp Netanyahunu ağlabatan davranmağa çağıraraq, İsrail baş nazirinə ciddi xəbərdarlıq edib. Bu, bəzi müşahidəçilər tərəfindən Trampdan Netanyahunun siyasətinə “Bir dəqiqə” mesajı kimi dəyərləndirilib: Davosdakı məşhur “One Minute” olayına bənzədilir.

Xarici mənbələr sentyabr ayına işarə edərək, hücum planlarının təxirə salınsa da tamamilə ləğv edilmədiyini bildirir. Məlumata görə, hücumun İsrail tərəfindən həyata keçiriləcəyi, ABŞ-nin isə birbaşa müdaxilə etməyəcəyi, ancaq logistik dəstək verəcəyi ehtimal olunur.

Bu ssenarinin reallaşması bölgədə genişmiqyaslı müharibəyə yol aça bilər. İranın da İsrail və onu dəstəkləyən dövlətlərə qarşı proksi qüvvələr vasitəsilə cavab verəcəyi gözlənilir. Belə bir qarşıdurma isə təkcə İran və İsrail arasında deyil, bütün region üçün fəlakətli nəticələrə səbəb ola bilər. Mühüm mərhələlərdən biri də prezident Ərdoğanla Donald Tramp arasında gözlənilən görüş olacaq. Trampın may ayında Yaxın Şərq turnesi çərçivəsində Türkiyəyə səfər etməsi planlaşdırılır. Əgər bu səfər baş tutmasa, Ərdoğanın iyun ayında ABŞ-yə səfəri gündəmdədir. Bütün gözlər indi ABŞ və İran arasında davam edən danışıqlara çevrilib. Bu diplomatik prosesin nəticəsi ya bölgədə sülhün bərqərar olması, ya da yeni bir müharibənin başlanğıcı ola bilər.

ABŞ və İran arasında nüvə danışıqlarının nəticəsiz qalması halında, bölgədə baş verə biləcək hərbi qarşıdurmanın regional siyasətdə də əks-sədası qaçılmaz olacaq. Belə bir ssenaridə prezident Rəcəb Tayyib Ərdoğanla Donald Tramp arasında planlaşdırılan görüşdə İran məsələsinin əsas müzakirə mövzularından biri olacağı gözlənilir. Ərdoğanın İsrailin İrana qarşı hərbi müdaxiləsinə qarşı çıxacağı ehtimal edilir. Türkiyə prezidenti əvvəllər də bölgədə müharibənin fəlakətli nəticələr doğuracağını bildirib və İsrailin aqressiv siyasətini sərt tənqid edib. Bu baxımdan, Ərdoğan, İsrailin hücum planını bölgə üçün ciddi təhlükə kimi qiymətləndirə bilər.

Bununla belə, ABŞ və İsrail tərəfindən Türkiyədən konkret tələb irəli sürülə bilər: müharibə halında bitərəf qalmaq və Suriyanın hava məkanından istifadəyə mane olmamaq. Bu tələb isə Türkiyə üçün çətin seçimlər doğura bilər. NATO üzvü olan və regionda güc balansında mühüm rol oynayan bir ölkə olaraq, Ankara həm öz maraqlarını, həm də regional sabitliyi nəzərə almaq məcburiyyətində qalacaq.

Müharibə ehtimalı özü artıq kifayət qədər təhlükəli bir ssenaridir. Amma bu prosesə İsrailin və ABŞ-nin aktiv şəkildə daxil olması vəziyyəti daha da çətinləşdirir. Belə bir qarşıdurma nəinki İran və İsrail arasında, həm də bütün Yaxın Şərqdə dağıdıcı nəticələrə səbəb ola bilər. Bu səbəbdən bölgə ölkələrinin və beynəlxalq güclərin əsas məqsədi müharibənin deyil, diplomatiyanın qalib gəlməsi olmalıdır. Danışıqlar yolu ilə sabitliyin qorunması, sadəcə iki ölkənin deyil, bütün regionun xeyrinə olacaq.

Fidan Hacızadə
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://sfera.az
archiveBu xəbər 21 Aprel 2025 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see330

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see329

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see324

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see321

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see305

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see297

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see293

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see280

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see278

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see271

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see252

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see251

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see249

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see235

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see227

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see227

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see223

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see218

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri