Icma.az
close
up
RU
Netanyahunun Azərbaycana səfəri niyə təxirə salındı?

Netanyahunun Azərbaycana səfəri niyə təxirə salındı?

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Netanyahunun Azərbaycana səfərinin təxirə salınmasının səbəbi kimi “Qəzza zolağında və Suriyada baş verən hadisələr, eləcə də siyasi proseslərin gərgin qrafiki və təhlükəsizlik tədbirləri” göstərilsə də, İsrail mediası “Türkiyənin hava məkanını bağlaması” üzərində dayanır və yazır: “Netanyahu Bakıya planlaşdırılan səfərini ofisinin dediyi kimi regional hadisələr və “sıx siyasi və təhlükəsizlik qrafiki” səbəbindən yox, Türkiyənin “Wing of Sion” dövlət təyyarəsinin hava məkanından keçməsinə icazə vermədiyi üçün təxirə salmağa məcbur olub. Bu, ilk hadisə deyil. Prezident İshaq Hersoq COP-29 tədbirinə də Türkiyənin hava məkanından keçid icazəsi vermədiyi üçün gedə bilməmişdi”.

İsraildən Azərbaycana fərqli marşrutlar da mövcuddur və məsələnin birbaşa “Türkiyə marşrutu” ilə bağlı olmadığı aydın görünür. İsrail mediasının Türkiyə üzərinə fokuslanması iki məqsədə xidmət edə bilər.

- Səfərin təxirə salınmasının İsrailin istəyi olmadığını göstərmək;

- Türkiyəni əsas günahkar kimi təqdim etməklə Bakı-Ankara xəttində narazılıq yaratmaq cəhdi;

- Netanyahunun Bakı səfərini təxirə salmasının rəsmi səbəbləri real vəziyyətə adekvatdır:

- İsrail ordusu Qəzzaya hücumu genişləndirmək məqsədilə ehtiyatda olan minlərlə hərbçiyə çağırış göndərib;

- Husilərin hücumundan sonra İsrailin hava məkanında təhlükəsizlik problemləri yaranıb.

Bakı səfərinin təxirə salınması real vəziyyətə uyğun addım kimi görünür. Hərçənd, əsas səbəbin Ankara-Təl-Əviv xəttində qarşıdurmanın kəskinləşməsi olduğu ehtimalı daha çoxdur. İstisna deyil ki, Azərbaycan Netanyahu və Ərdoğanın Bakıda görüşünü təşkil etməklə İsrail-Türkiyə danışıqlarının ən yüksək səviyyədə davam etdirilməsi və anlaşmanın əldə olunması prosesini hazırlayırdı. Lakin İsrailin durziləri müdafiə etmək adı altında Suriyaya hava zərbələri endirməsi – paytaxt Şamın ətrafı ilə yanaşı, Türkiyənin dəstəklədiyi hərbi qüvvələrin bazalarının vurulması (hətta türk F-16-ları ilə İsrail təyyarələrinin havada “xəbərdarlıq mesajı” göndərdiyi haqda məlumatlar var), Qəzzada baş verənlər müzakirə/anlaşma imkanlarını sual altına salır.

Burada Bakı-Təl-Əviv xəttində baş verənlər də nəzərə alınmalıdır. Netanyahunun 5 günlük səfərində Azərbaycanla mühüm anlaşmaların əldə olunacağı (İbrahim anlaşmasından belə bəhs olunur) gözlənilən idi. Mövcud şərtlərdə - İsrailin Azərbaycanın əsas müttəfiqi olan Türkiyə ilə qarşıdurma yaşadığı dövrdə belə bir anlaşmaların imzalanması müzakirə mövzusuna çevrilir. Mümkündür ki, səfərin təxirə salınmasında Bakı və Təl-Əvivin real vəziyyəti qiymətləndirməsi də rol oynayıb.

Hadisələrin mümkün inkişafı necə ola bilər?

Türkiyə-İsrail qarşıdurmasının asanlıqla səngiyəcəyi çətin görünür, xüsusilə Suriyadakı mənzərə fonunda. Lakin Azərbaycan tərəflər arasında dialoqun bərpası istiqamətində səylərini davam etdirəcək və Bakıda yüksək səviyyədə təmasların baş tutacağı perspektivi hələ də sıradan çıxmayıb. Çünki Türkiyə-İsrail qarşıdurması ABŞ-ın da maraqlarına uyğun deyil və Vaşinqton nəticə əldə edilməsi üçün Bakının səylərinə dəstək verə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:247
embedMənbə:https://axar.az
archiveBu xəbər 05 May 2025 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see493

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see398

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see356

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see309

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see275

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see268

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see256

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see248

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see240

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see231

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see226

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see221

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see219

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see217

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see213

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see211

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see203

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see199

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see184

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri