Icma.az
close
up
RU
Netanyahunun təhlükəli planı deşifrə olur Ərdoğanı savaşa çəkib...

Netanyahunun təhlükəli planı deşifrə olur Ərdoğanı savaşa çəkib...

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

Son günlər İsrailin Suriyada Türkiyənin maraqlarına toxunan addımları Ankara ilə Təl-Əviv arasındakı qarşıdurmanı yeni mərhələyə daşıyıb. Xüsusilə avqustun 18-də İsrail hərbi aviasiyasının Suriyanın şimal-qərbində yerləşən Əbu əl-Duhur hərbi hava bazasına zərbələr endirməsi vəziyyəti daha da kəskinləşdirib. İsrail bu hücumu Türkiyənin həmin ərazidə mümkün hərbi qüvvə yerləşdirməsi səbəbindən keçirdiyi narahatlığı ilə əsaslandırıb. Türkiyə isə hücumu Suriyanın suverenliyinin pozulması kimi qiymətləndirərək sərt şəkildə pisləyib.

Bu hadisə təsadüfi epizoddan daha böyük siyasi mənzərənin bir hissəsi kimi görünür. Çünki İsrail son aylarda Suriyanın cənubunda hərbi əməliyyatlarını davam etdirir, Colan yüksəklikləri ilə bağlı işğal siyasətini möhkəmləndirməyə çalışır və Ankaranın Suriyada artan roluna açıq narahatlıq nümayiş etdirir. Türkiyə isə Suriyanın ərazi bütövlüyünü müdafiə etdiyini və İsrailin bölgədəki işğal və hərbi addımlarının qəbuledilməz olduğunu dəfələrlə bəyan edib.

Əslində, Ankara ilə Təl-Əviv arasında söz savaşı da artıq uzun müddətdir davam edir. Türkiyə rəsmiləri İsrailin bölgədəki siyasətini sərt şəkildə tənqid edir, Netanyahu hökumətini isə Qəzzada müharibəni genişləndirməkdə və regionu yeni qarşıdurmalara sürükləməkdə ittiham edir. İsrail tərəfi də buna cavab olaraq Türkiyənin Suriyadakı mövcudluğunu və Ankara ilə Dəməşq arasındakı hərbi əməkdaşlığı təhlükə kimi təqdim edir. Netanyahu administrasiyasının son həftələrdə ABŞ rəhbərliyi ilə danışıqlarda Türkiyənin Suriyadakı rolunu xüsusi gündəmə gətirməsi də bu baxımdan diqqət çəkir. İndi isə məsələ daha təhlükəli mərhələyə keçə bilər. Çünki Suriya həm İsrailin, həm də Türkiyənin birbaşa maraqlarının toqquşduğu əsas geosiyasi meydandır. Tərəflərdən birinin hərbi addımı digərinin təhlükəsizlik hesablamalarını dəyişə bilər. ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrakın son hadisədən sonra Türkiyə, İsrail və Suriya arasında qarşıdurmanın qarşısını almaq üçün xüsusi “qarşıdurmanın qarşısının alınması mexanizmi”nə ehtiyac olduğunu vurğulaması da risklərin ciddiliyini göstərir.

Netanyahu hökuməti Türkiyənin səbrini sınağa çəkməklə Ankaranı Suriyada birbaşa hərbi qarşıdurmaya cəlb etməyə çalışır? İsrailin Suriyada Türkiyə sərhədinə yaxın ərazilərdə hərbi fəallığını artırması hansı məqsədə xidmət edir? Netanyahu Türkiyəni yeni “düşmən” kimi təqdim etməklə regiondakı siyasi və hərbi balansı öz xeyrinə dəyişmək istəyir?

Politoloq Məhəmməd Əsədullazadə Musavat.com-da qənaətlərini bölüşüb:

“Benyamin Netanyahu oktyabrın 27-də ölkəsində keçiriləcək parlament seçkilərinə kimi Suriyada Türkiyə ilə hərbi qarşıdurmaya cəhd göstərə bilər. Çünki mümkün eskalasiya Netanyahunun siyasi maraqlarına xidmət edir. O, İsrail cəmiyyətinə Türkiyənin ölkəyə qarşı təhdid yaratdığını göstərmək və yalnız özünün bu böhrandan ölkəni çıxara biləcəyinə dair təsəvvür formalaşdırmaq istəyir. Suriyadakı hava bazasına endirilən zərbələr də Netanyahunun Türkiyəni təxribata çəkmək siyasətinin bir hissəsidir. Göründüyü kimi, ABŞ bu addımlara etiraz edib. Düşünürəm ki, Netanyahu oktyabrın 27-dək Türkiyəni hər hansı hərbi qarşıdurmaya cəlb etmək üçün müxtəlif addımlar atacaq. Türkiyə isə bu məsələdə maksimum səbir nümayiş etdirir və eskalasiyanın qarşısını almağa çalışır. Prezident Rəcəb Tayyib Ərdoğanla Donald Tramp arasında keçirilən telefon danışığı da göstərir ki, Ankara və Vaşinqton regional gərginliyin genişlənməməsində maraqlıdır. İsrailin Suriyadakı hərbi fəallığının Türkiyənin təhlükəsizlik maraqlarına təsiri artdıqca, Ankara ABŞ ilə diplomatik təmasları davam etdirəcək”.

Politoloq hesab edir ki, Netanyahunun Türkiyəyə qarşı sərt ritorikası və regionda ABŞ-nin maraqları ilə ziddiyyət yarada biləcək addımları onun siyasi gələcəyi baxımından da risklidir:

“ABŞ-nin İsrail hökumətinə dəstəyinin müəyyən şərtlərlə məhdudlaşması ehtimalı da bu kontekstdə nəzərdən keçirilə bilər. Türkiyə böyük ehtimalla bu eskalasiyaya cəlb olunmamaq üçün maksimum səbir nümayiş etdirəcək. Çünki Ankara üçün əsas məqsəd Suriyada yeni hərbi qarşıdurmanın yaranmasının qarşısını almaq və regional sabitliyi qorumaqdır. Netanyahunun daxili siyasi strategiyasında qonşularla, xüsusilə də Türkiyə ilə qarşıdurma ritorikasının mühüm yer tutduğu görünür. Lakin Qəzza müharibəsinin nəticələrinin qeyri-müəyyən qalması, İran məsələsinin tam həll olunmaması, Hizbullah amilinin davam etməsi və Türkiyə ilə yeni eskalasiya ehtimalı İsrail hökuməti üçün ciddi siyasi problemlər yaradır. İsrailin baş naziri üçün əsas risk odur ki, xarici siyasətdə yeni qarşıdurmalar daxili siyasi problemləri həll etmək əvəzinə onun siyasi məsuliyyətini daha da artırmış olsun. Əgər Türkiyə ilə qarşıdurma dərinləşərsə, bu, həm ABŞ ilə münasibətlərə, həm də Netanyahunun İsrail daxilindəki siyasi mövqeyinə mənfi təsir göstərə bilər. Növbəti seçkilərdə Netanyahunun məğlub olması mümkündür”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://moderator.az
archiveBu xəbər 19 Avqust 2026 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri