Icma.az
close
up
RU
“Netanyahunun Türkiyə ilə gərginliyi artırması İsrailə yaxşı heç nə vəd etmir

“Netanyahunun Türkiyə ilə gərginliyi artırması İsrailə yaxşı heç nə vəd etmir

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“İsrailin baş naziri Benyamin Netanyahu odla oynayır. İsrailin Suriyanın İdlib vilayətində tərk edilmiş Əbu-Zuhur aviabazasına zərbə endirməsi bölgədə yeni gərginlik ocağı yaradıb. Netanyahu zərbəni belə izah edib ki, Suriya hakimiyyəti aviabazanı Türkiyənin ixtiyarına vermək istəyir, bu isə İsrailə təhlükə yaradır. Türkiyə Xarici İşlər Nazirliyi İsrailin zərbələrini Suriyanın ərazi bütövlüyünə qəsd kimi qiymətləndirib”.

Gununsesi.info bildirir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu deyib:

“Ankara haqlıdır. Suriyanın hansı ölkə ilə hərbi əməkdaşlığa üstünlük verməsi bu ölkənin müstəsna hüququdur. İsrailin Türkiyə ilə münasibətlərində gərginlik var deyə, Dəməşq Ankara ilə hərbi sahədə əməkdaşlıq etməməlidir? İsrail Suriya ərazisində keçmiş SSRİ və Rusiyanın hərbi bazasına heç vaxt  etiraz etməyib. İsrailin Türkiyə sərhədinə 72 kilometr məsafədə olan aviabazanın bombardman etməsi Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın da sərt açıqlamasına səbəb olub. Ərdoğan bildirib ki, kimsə Türkiyəyə hücum etməyi planlaşdırırsa, buna qarşılıq veriləcək.

Netanyahunun Türkiyə ilə gərginliyi artırması İsraildə oktyabrın 27-də keçiriləcək parlament seçkiləri ilə əlaqəlidir. Netanyahu ölkə içərisindəki mühafizəkarların səsini almaq üçün Türkiyə ilə münasibətlərdəki gərginliyi artırmaq yolunu seçib. İş o yerə çatıb ki, hakim “Likud” partiyası reklam lövhələrində Rəcəb Tayyib Ərdoğanın şəklini yerləşdirərək onu düşmən obrazında əks etdirib. Bu siyasət İsrailə yaxşı heç nə vəd etmir. Müxtəlif ölkələrlə münasibətlərdə problemi olan İsrailin bölgənin aparıcı ölkələrindən biri Türkiyə ilə gərginliyi artırması iki ölkə arasında toqquşma riskini də artırır.

Türkiyə Xarici İşlər Nazirliyinin son olayla bağlı bəyanatında beynəlxalq ictimaiyyəti İsrailin Suriyaya qarşı hücumlarının dayandırılması üçün daha qəti mövqe nümayiş etdirməyə yönəlik çağırışı da var. Ağ Ev sahibi İranı ram etməyə çalışarkən, bölgədə İsrail-Türkiyə gərginliyinin alovlanması ABŞ-ın təhlükəsizlik maraqlarına cavab vermir. Təsadüfi deyil ki, ABŞ administrasiyası İsrail, Suriya və Türkiyə arasında münaqişələrin aradan qaldırılması mexanizmi yaratmaq üzərində işləyir. İsrail-Türkiyə gərginliyi Azərbaycanın da maraqlarına cavab vermir. Ancaq əgər İsrail Türkiyə ilə  gərginliyin artırması yolunu seçibsə, Azərbaycan Xarici İşlər Nazirliyinin də bəyanat yaymasına ehtiyac yarana bilər”.

Şəbnəm

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 19 Avqust 2026 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see317

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see316

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see310

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see310

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see300

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see296

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see292

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see291

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see264

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see262

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see256

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see253

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see253

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see251

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see243

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see241

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see240

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see237

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see202

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri