Icma.az
close
up
RU
Netanyahunun valideynləri: Oğlanlarını yönəldən “canlı kompaslar” FOTOLAR

Netanyahunun valideynləri: Oğlanlarını yönəldən “canlı kompaslar” FOTOLAR

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

İsrailin müasir tarixində ən nüfuzlu siyasətçilərdən biri olan Benyamin Netanyahu Yaxın Şərq və qlobal siyasətdə mühüm rol oynayan simalardandır. “Bibi” ləqəbi ilə tanınan B.Netanyahu özünəməxsus ritorikası və Fələstinə qarşı sərt mövqeyi ilə seçilir.
Netanyahu xarakter etibarilə realist, strateji düşüncəli və bəzən də inadkar bir lider kimi tanınır. O, hadisələrə emosional deyil, analitik yanaşır. Təhlükəsizlik məsələlərində güzəştə meylli deyil; İsrailin varlığı onun üçün ölüm-dirim prinsipidir.
“Bibi”nin tərəfdarları onu “İsrailin qoruyucusu”, tənqidçiləri isə “avtoritar meylli siyasətçi” kimi xarakterizə edirlər. Netanyahu ictimai rəyin gücünü və medianın rolunu dərindən anlayan bir kommunikasiya ustasıdır.
İslam dünyasında isə bəzi liderlər - məsələn, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan onu Fələstində törətdiyi dağıntı və qətliamlara görə alman faşistlərinin lideri olmuş Adolf Hitlerə bənzədir.
Onun siyasi fəlsəfəsinin mərkəzində İsrailin təhlükəsizliyinin təminatı dayanır. Netanyahu “iki dövlətli həll” ideyasına ehtiyatla yanaşır, Fələstinlə danışıqlarda hər zaman güc balansını qorumağa çalışır.
Daxildə isə iqtisadiyyatın liberallaşdırılması, texnologiya və innovasiyaların inkişafı, eləcə də beynəlxalq investisiyaların cəlbi onun əsas prioritetlərindəndir.
Benyamin Netanyahu beynəlxalq səviyyədə ziddiyyətli, lakin təsirli bir fiqurdur. Onun ABŞ-la münasibətləri tarixən yaxın olub. Xüsusilə respublikaçı prezidentlərlə (məsələn, Donald Tramp dövründə) Tel-Əviv Vaşinqtonla sıx əməkdaşlığa nail olub.

Onun təşəbbüsü ilə İsrail bir sıra ərəb ölkələri - BƏƏ, Bəhreyn, Mərakeş və Sudanla — “Abraham Razılaşmaları” çərçivəsində diplomatik münasibətlər qurub. Bu, Yaxın Şərqdə tarixi dönüş nöqtəsi sayılır.
Bununla belə, Avropa İttifaqı və BMT kimi qurumlarda Netanyahunun Fələstin siyasəti tez-tez tənqid olunur.
Analitiklər deyirlər ki, B.Netanyahu siyasi mübarizəni şahmat oyunu kimi aparır: hər gedişi əvvəlcədən planlaşdırır, opponentlərini zəiflətmək üçün həm daxili, həm də beynəlxalq arenada taktiki addımlar atır. O, koalisiyaların dağılmasından qorxmur, çünki böhranı öz siyasi gücünü bərpa etmək üçün vasitə kimi görür.
Bu xüsusiyyət onu İsrailin həm ən güclü, həm də ən çox mübahisə doğuran liderlərindən birinə çevirib.
Amma onun şəxsiyyəti yalnız seçki kampaniyaları, hökumət qərarları və diplomatik manevrlərlə izah edilmir. Onun üçün formalaşmış baxışların, ideoloji mövqelərin, nəsildən-nəsilə ötürülən dəyərlərin kökünü anlamaq üçün valideynlərinə də baxmaq faydalıdır. Bəs onlar kimdirlər?
Modern.az saytı "Liderlərin valideynləri" rubrikasında bu dəfə Benyamin Netanyahunun ata-anasından bəhs edir.
Benyamin Netanyahu Yaxın Şərqin mürəkkəb mozaikasında sabitlik və dəyişiklik arasında dayanan bir siyasətçidir. Onun xarakteri və mövqeyi İsrailin indiki və gələcək kursunu müəyyənləşdirməkdə həlledici rol oynayır. “Bibi” həm qlobal siyasətin formalaşmasında iştirak edən bir strateq, həm də öz millətinin maraqlarını sərt şəkildə qoruyan bir liderdir.
İsrail siyasətində “Netanyahu dövrü” hələ uzun illər xatırlanacaq - həm nailiyyətləri, həm də yaratdığı mübahisələrlə. Benyamin İsrail dövləti qurulandan bir il sonra - 1949-cu ildə doğulub. Tel-Əvivdə anadan olmuş Netanyahu İsrailin müstəqillikdən sonra doolmuş ilk Baş naziridir.

“Bibi”nin atası Benzion Netanyahu 1910-cu ilin martında Polşanın paytaxtı Varşava şəhərində doğulub. Onun əsl soyadı Mileуkovskidir. Benzion Mileykovskinin ailəsi 1920-ci ildə Fələstinə köç edib. Burada onun atası (Benyamin Netanyahunun babası) ailənin yeni soyadını qəbul edib. Netanyahu sözü "Tanrı tərəfindən verilmiş" kimi tərcümə olunur.
Benzion Netanyahu Yerusəlim Yəhudi Universitetini bitirib. O, yəhudi tarixçisi, ensiklopediyaçısı və ortaəsrşünas alim kimi tanınıb.
Benzion Netanyahu 1950-ci və 1960-cı illərin ortaalrında ABŞ-ın Kolorado ştatındakı Denver Universitetində tarix və ibrani ədəbiyyatı kafedralarının professoru, Nyu-York ştatındakı Kornell Universitetində semit dilləri və ədəbiyyatı kafedrasının müdiri vəzifələrində çalışıb, yəhudi xalqının tarixi üzrə mütəxəssis olub. Eyni zamanda, 10 ildən çox müddət ərzində İbrani Ensiklopediyasının baş redaktoru işləyib. Akademik karyerası ərzində ABŞ və İsrail arasında tez-tez səyahət edib. O, akademik dairələrdə İspaniyadakı yəhudiləri hədəf alan orta əsr inkvizisiyası ilə bağlı tədqiqatları ilə daha çox tanınırdı. Benzion Netanyahu həmçinin yəhudi dövlətinin yaradılmasına dəstək vermək üçün ABŞ-da lobbiçilik hərəkatının fəallarından olub.
Netanyahu ailəsi bir neçə il (1956–1958 və 1963–1967) ABŞ-da yaşayıb. Benyamin orta məktəbi həmin dövrdə ABŞ-da bitirib.
Benzion Netanyahu uzun müddət yəhudi dövləti uğrunda mübarizəyə yönəlmiş barışmaz revizionist sionist hərəkatının üzvü olub. O, hərəkatın aparıcı simalarından olan Zeo Jabotinskinin şəxsi katibi də işləyib. "Haaretz" qəzeti vaxtilə Benzion Netanyahunu siyasətçinin "ideoloji kompası" adlandırıb. O, İordan çayının hər iki tərəfində yəhudi dövlətinin yaradılmasını müdafiə edirdi.


Benzion Netanyahu 1944-cü ildə Fələstində tanış olduğu Silya Seqalla ailə həyatı qurub. Cütlüyün üç oğlu dünyaya gəlib: Conatan (1946), Benyamin (1949) və İdo (1952).

Benzion Netanyahunun ideologiyası və tərcümeyi-halı oğlunun – Benyaminin siyasətində izlər qoyub. O, qədim yəhudi tarixini, diasporun travmasını və İsrailin təhlükəsizliyini daim ön planda tuturdu. Benyamin atasını “Tarixi bilməyənlər indiki vaxtı anlaya bilməz, indiki vaxtı anlamayanlar gələcəyi görə bilməzlər” sözləri ilə xatırlayır.

Bu xəbər ilə bağlı

Makronun valideynləri: Emmanuel Bricitə aşiq olanda şoka düşmüşdük! - FOTOLAR

Xəbəri oxu

Benzion Netanyahunun siyasət və tarix yanaşmasında “yəhudi dövləti”, “yəhudi kimliyi” və “yəhudi dövlətinin təhlükəsizliyi” kimi konseptlər ön planda olub. Bu konseptlər oğlu Benyaminin sadalanan mövzulara necə yanaşmasını anlamaqda açar rolunu oynayıb.

Benzion Netanyahu 2012-ci ildə 102 yaşında Qüds şəhərindəki evində vəfat edib.

Benzion Netanyahunun anası Silya Seqal 1912-ci ildə Fələstində doğulub. Silya Seqalın valideynləri Litva və Polşa köklü yəhudilər idi. Sonradan ABŞ-ın Minesota ştatına mühacirət etmiş, ardınca Fələstinə köçmüşdülər.
Silya Seqalın İngiltərənin paytaxtı Londondakı institutda hüquq üzrə təhsil aldığı qeyd edilir.
Lakin o, üç oğlunu böyütmək üçün karyerasından imtina edib. Silya Seqalın əsas işi ailə və övladların tərbiyəsi olub.

O, övladlarının formalaşmasında təsirli rol oynayıb. Oğlu Benyamin həmişə anasının dil, tələffüz və dünyagörüşü baxımından oğullarına tərbiyəsini xatırlayır.

Silya Seqalın kökləri və təhsili, yəhudi diasporu ilə əlaqəsi Benyamin Netanyahunun ABŞ-da və İsraildə təhsil almasına, ingilis dilində sərbəst danışmasına və Qərb auditoriyası ilə ünsiyyət qurmasına zəmin yaratmışdı. O, oğlunun İsrailin təhlükəsizlik strategiyasına yanaşmasına da bilavasitə təsir göstərib.
Silya Seqal 2000-ci ildə vəfat edib.

Valideynlər yalnız bioloji olaraq deyil, ideoloji olaraq da övladlarına bir miras aktı təqdim ediblər - yəhudi dövlətçiliyi anlayışı.

Beləliklə, valideynləri - Benzion və Silya Netanyahular Benyamin Netanyahu və qardaşlarının baxışlarının, ideologiyasının, məziyyətlərinin və hətta siyasətinin əsas bünövrə daşıdırlar.
Qeyd edək ki, Benyaminin böyük qardaşı Conatan Netanyahu 1976-cı ildə Uqandanın Enteba şəhərində 100 yəhudinin girov götürüldüyü Air France təyyarəsinin azad edilməsi əməliyyatına rəhbərlik edərkən öldürülüb. O, İsrail Xüsusi Təyinatlı Qüvvələrinin komandiri idi.
Baş nazirin kiçik qardaşı İdo hazırda ABŞ-da həkim və dramaturq kimi çalışır.
Ailənin ortancıl oğlu Benyamin 1967-ci ildən 1972-ci ilə qədər İsrail Müdafiə Qüvvələrində xidmət edib. Hərbi xidmətdən sonra 1972-ci ildən 1976-cı ilə qədər ABŞ-ın Massaçusets Texnologiya İnstitutunda (MIT) təhsil alıb. 1975-ci ildə memarlıq üzrə bakalavr dərəcəsinə, 1976-cı ildə isə MBA dərəcəsinə yiyələnib. O, həmçinin MIT və Harvard Universitetində siyasi elmlər üzrə təhsil alıb.
B.Netanyahu 1976-cı ildən 1978-ci ilə qədər beynəlxalq Boston Consulting Group şirkətində çalışıb. Daha sonra İsrailə qayıdıb və orada mərhum böyük qardaşının şərəfinə Conatan İnstitutu adlandırdığı Beynəlxalq Terror Problemləri İnstitutunu təsis edib.
1980-ci ildən 1982-ci ilə qədər Qüdsdəki Rim Industries şirkətində yüksək vəzifə tutub.
1982-ci ildə Netanyahu Vaşinqtondakı İsrail diplomatik missiyasının rəhbərinin müavini təyin edilib. Cəmi iki il sonra o, İsrailin BMT-dəki daimi nümayəndəsi olub və bu vəzifəni 1988-ci ilə qədər daşıyıb.
1988-ci ildə İsrailə qayıdan “Bibi” hakim Likud partiyasının üzvü olaraq ilk dəfə ölkə parlamenti olan Knessetə seçilib. O, həmçinin xarici işlər nazirinin müavini olub və bu vəzifəni 1991-ci ilə qədər tutub. 1993-cü ildə isə Likud partiyasının lideri seçilib.

1990-cı illərin sonlarında İsrail isteblişmentinin müəyyən dairələrində Benyamin Netanyahuya qarşı düşmənçilik çox güclü idi. Atası isə oğlunun siyasi rəqibləri tərəfindən praktik olaraq bir şeytan hesab olunurdu.
1996-cı ildə Baş nazir seçkilərində Benyamin Netanyahu səslərin 50,49%-ni qazandı. 1999-cu ildə növbədənkənar seçkilər keçirilib və “Bibi” məğlub olub.

Baş nazir və Likud partiyasının lideri vəzifəsindən ayrıldıqdan sonra B.Netanyahu müxtəlif şirkətlərdə yüksək texnologiyalı məsləhətçi kimi çalışıb.
2002-ci ilin oktyabrında Netanyahu siyasətə qayıdıb və Likud lideri Ariel Şaronun yaratdığı koalisiya hökumətinə qoşulub. 2002-2003-də İsrailin xarici işlər naziri vəzifəsində çalışıb.
2003-2005-də maliyyə naziri olub. O, A.Şaronun Qəzza zolağından ayrılmaq qərarına etiraz olaraq istefa verib. Şaron tezliklə Likud-dan çıxarılıb və Netanyahu partiya rəhbərliyini öz üzərinə götürüb. 2005–2009-da parlamentdə müxalifət lideri olub.
2009-2021-ci illərdə ikinci dəfə İsrailin Baş naziri vəzifəsini tutub,
2022-ci ilin sonunda Netanyahu üçüncü dəfə İsrail hökumətinə rəhbərlik etməyə başlayıb və bu günə kimi Baş nazir postunda çalışır. 2022-ci ilin dekabr ayında Netanyahu İsrail tarixinin ən ifrat sağçı və dini hökumətini hakimiyyətə gətirib.
2023-cü ildə İsrail ilə Fələstinin HƏMAS hərəkatı arasında yeni müharibə başlayıb və hazırda tərəflər arasında formal atəşkəs rejimi hökm sürür.

Benyamin Netanyahu üç dəfə evlənib və üç övladı, nəvələri var.

İlk həyat yoldaşı Miriam Veizmann idi. Onlar 1970-ci illərin ortalarında evləniblər və bir neçə il sonra boşanlblar. Cütlüyün Noa (1978-ci il təvəllüdlü) adlı bir qızı dünyaya gəlib.

Netanyahunun ikinci həyat yoldaşı Fleur Cates idi. Onlar 1981-ci ildən 1988-ci ilə qədər evli olublar.

1991-ci ildə B.Netanyahu Sara Ben-Artzi ilə evlənib. Cütlüyün iki oğlu var: Yair (1991-ci il təvəllüdlü) və Avner (1994-cü il təvəllüdlü).
 

Ə.Qafarlı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 Oktyabr 2025 08:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see336

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see308

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see268

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see252

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see250

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see246

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see241

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see233

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see230

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see227

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see217

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see216

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see214

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see209

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see207

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see204

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see202

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see201

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see186

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri