Icma.az
close
up
RU
“Nəticələr Rusiya imperalizmi üzərində zəfərdir” “Diasporun səsləri olmasaydı...”

“Nəticələr Rusiya imperalizmi üzərində zəfərdir” “Diasporun səsləri olmasaydı...”

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Moldovada keçirilən parlament seçkilərində Prezident Maya Sandunun partiyası PAS 50% səs alaraq parlament çoxluğunu qorudu. PAS 101 millət vəkilindən ibarət parlamentdə 55 mandata sahib olacaq və yeni hökuməti təkbaşına formalaşdıracaq.

Rusiyanın yaratdığı, keçmiş prezidentlər Voronin və Dodonun, eləcə də qaqauzların sabiq lideri İrina Vlahın rəhbərlik etdiyi sosialistlərin, kommunistlərin Vətənpərvər Seçki Bloku cəmi 24% səs toplayaraq Kremlin ona bağladığı ümidləri doğrultmadı.

Siyasi təhlilçi Şahin Cəfərli nəticələri şərh edərkən bildirib ki, bu nəticələr Maya Sandunun aqressiv rus imperializmi üzərində zəfəridir: “Bu zərif və sadə qadın son illər, xüsusən qonşu Ukraynada müharibə başladıqdan sonra Rusiyanın aramsız təzyiqlərinə, hibrid savaş taktikalarına sinə gərib, bütün təxribatları boşa çıxarmağı bacara bildi. Nədən ibarət idi bu təzyiqlər və təxribatlar? Enerji şantajı, ənənəvi Dnestr və qaqauz separatizmi, sosial-iqtisadi çətinliklər bəhanə edilərək davamlı etiraz aksiyalarının təşkili və ölkədə xaos yaratma cəhdləri, bank oğrusu -məşhur 1 milyard dollarlıq oğurluğun müəllifi, iş adamı, İsrail tərəfindən də himayə olunan mühacir siyasətçi İlon Şor vasitəsilə seçicilərin pulla ələ alınması üçün şəbəkələr qurulması, Serbiyada təlim görmüş təxribatçı dəstələrin Moldovaya göndərilməsi və s...”

Ekspert vurğulayıb ki, Avropa liderləri də başları daşdan daşa dəydikdən sonra, nəhayət ki, kreslolarından qalxıb real iş görməyə özlərində güc taparaq Maya Sanduya dəstək verdilər: “Çünki Moldova məsələsi artıq Avropanın təhlükəsizliyinə təsir edən bir faktora çevrilmişdi. Rusiyanın adamları hakimiyyətə qayıtsa, Moldova ərazisindən Ukraynaya qarşı - özü də strateji əhəmiyyəti misilsiz olan Odessa istiqamətində - yeni bir cəbhə açıla bilərdi. Seçki ərəfəsində iki dəfə Moldovaya səfər edən Aİ rəhbərliyi, Fransa və Almaniya liderləri Moldovanın Avropa Birliyinə qəbul olunacağına dair aydın və birmənalı mesajar verdilər. Əhali də gördü ki, Sandunun onlara təqdim etdiyi Avropa vizyonu illüzor bir perspektiv yox, gerçəklikdir. Nəticədə xalq ölkəni keçmişin qaranlığına qaytarmaq istəyənlərə yox, işıqlı gələcəyə aparmaq vədi verənlərə dəstək oldu”.

Moldova diasporasının prosesdə rolunu ayrıca qiymətləndirən, Ş.Cəfərli vurğulayıb ki, Avropada yaşayan və çalışan moldovalılar növbəti dəfə ölkələrinə sahib çıxaraq seçkinin nəticəsinə ciddi təsir göstərdilər. Onun sözlərinə görə, diasporanın səsləri olmasaydı, PAS ölkə içərisində 1-ci olsa belə, parlamentdə çoxluq yarada bilməyəcəkdi: “Yeni dönəmdə Maya Sandunun prioritet vəzifələri dövlət quruculuğunu və AB-yə inteqrasiyanı uğurla başa çatdırmaq; ölkənin enerji müstəqilliyini tam təmin etmək; yoxsulluğu aradan qaldırmaq; Dnestr və qaqauz separatizmini bitirməyə çalışmaq olacaq”.

Rasim

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:213
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 29 Sentyabr 2025 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri