Icma.az
close
up
RU
“Nəticəni tezliklə unudub növbəti matça köklənməliyik

“Nəticəni tezliklə unudub növbəti matça köklənməliyik

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Misli Premyer Liqasının IV turunda keçirilən “Sabah” – “Zirə” (5:0) matçından sonra “bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskas mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis ilk növbədə qələbəni şərh etdi:

– Əvvəlcə oyunçularımı təbrik etmək istəyirəm. Onlar oyun planımızı möhtəşəm şəkildə icra etdilər. Matça çox yaxşı başladıq, 13 dəqiqə ərzində iki qol vurduq, təhlükəli epizodlar yaratdıq. Hücumda və pressinqdə çox aqressiv idik, lakin hesab 3:0 olduqdan sonra oyunçularımda bir qədər tələskənlik hiss olundu. Hər hücumu təkbaşına bitirməyə çalışırdılar. Buna baxmayaraq, komandanın ümumi çıxışından çox razıyam. Nəticəni tezliklə unudub növbəti matça köklənməliyik.

Dambrauskas ardınca jurnalistlərin suallarını cavablandırdı:

– Umarali Raxmonaliyev və Stiv Solvetin zədə durumu necədir?

– Hələ ki dəqiq məlumatımız yoxdur. Solvet MRT çəkdirmək üçün xəstəxanaya getdi, lakin zədəsi ciddi görünür.

– Bu taktiki plan yalnız “Zirə” üçün nəzərdə tutulmuşdu, yoxsa “Mançester Yunayted”lə matç üçün də hər hansı B planı var idi?

– Təbii ki, eyni planla “Old Trafford”a çıxa bilmərik. Öz kimliyimiz və hücum futbolu oynamaq xarakterimiz var, lakin qarşıdakı rəqibə qarşı tamamilə fərqli hazırlığımız və planımız olacaq.

– “Sabah” bu gün gələcək fondu yaratdığını açıqladı. Baş məşqçi olaraq bu təşəbbüsə münasibətiniz necədir?

– Belə bir addımın atılmasından qürur duyuram. Avropada təcrübəm olub ki, klublar bir il avrokubokda oynayıb müflisləşiblər. Əgər klubumuz qazandığı vəsaitlə uşaq futboluna və akademiyalara yatırım edirsə, bu, sadəcə “Sabah” üçün yox, bütün Azərbaycan futboluna edilmiş böyük investisiyadır.

– Start heyətində əsas oyunçulara şans verdiniz. Bu, “Zirə” matçının vacibliyi, yoxsa futbolçuları tonusda saxlamaq məqsədi daşıyırdı?

– Futbolçuların vəzifəsi yalnız məşq etmək deyil, həm də oynamaqdır. Komandamızda oyun keyfiyyəti heç vaxt düşmür. Qarşıda bizi 27 gün ərzində 8, daha sonra isə eyni müddətdə 15 oyunluq ağır bir qrafik gözləyir. Biz bu tempi qorumaq məcburiyyətindəyik.

Ayxan Zayıdzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 05 Sentyabr 2026 21:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see394

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see347

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see343

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see339

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see322

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see302

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see300

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see289

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see272

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see269

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see251

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see242

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see241

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see240

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see239

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see229

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see216

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see212

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri