Nəvaf Salam: Livan başqalarının müharibəsi üçün bir daha döyüş meydanı olmayacaq
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Qahirə, 13 mart, AZƏRTAC
Livan çox təhlükəli mərhələdən keçir. Beyrut və cənub rayonları, eləcə də ölkənin cənubu və Bekaa regionu raket zərbələrinə məruz qalır. Hökumət müharibəni dayandırmaq üzərində işləyir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Livanın Baş naziri Nəvaf Salam yerli televiziya ilə çıxışında deyib.
Baş nazir vurğulayıb ki, Livan başqalarının müharibəsi üçün bir daha döyüş meydanı olmayacaq. Prezident Cozef Aun ölkəni hazırkı vəziyyətdən çıxarmaq üçün danışıqlara başlamaq təşəbbüsü irəli sürüb.
Livan Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin Livana qarşı hərbi əməliyyatları nəticəsində 687 nəfər ölüb.
Qeyd edək ki, İsrail ordusu hücumların “Hizbullah”ın raket atəşinə cavab olaraq həyata keçirildiyini açıqlayıb.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:177
Bu xəbər 13 Mart 2026 01:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















