Icma.az
close
up
RU
Nəvəsini vuran baba cəzalandırıldı Məhkəmə qərarı

Nəvəsini vuran baba cəzalandırıldı Məhkəmə qərarı

Icma.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.

Quba rayonunda 63 yaşlı kişi nəvəsinə xəsarət yetirib.
AZXEBER.COM "Teleqraf"a istinadən xəbər verir ki, hadisə bu ilin yanvarın 2-də Quba şəhərində baş verib.
1963-cü il təvəllüdlü Kərəm həmin gün saat 11 radələrində yaşadıqları evdə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı nəvəsi Oğuzu (adlar şərtidir - red.) vuraraq ona xəsarət yetirib.
Kərəmin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Kərəm ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Məlahət onun gəlini olub: "Məlahət oğlumla evli olub, hazırda isə ayrılıblar.Zərərçəkmiş Oğuz isə nəvəmdir. Yanvarın 2-də, saat 11 radələrində evdə olduğumuz zaman nəvəm məni əsəbiləşdirdiyi üçün onun sol əlinin üst nahiyəsindən bir dəfə yumruq zərbəsi ilə vurdum. Həmin vaxt barmağımda üzük olduğu üçün nəvəmin əli yaralandı. Bundan bir neçə gün sonra gəlinim məndən şikayət etdi".


Zərərçəkmiş Oğuz ifadəsində bildirib ki, valideynləri boşanıblar: "Anamın işləməsi səbəbindən ata babam Kərəmin yanında yaşayıram. Babamla münasibətlərimiz hər zaman yaxşı olub. Babam hər gün məni məktəbə aparıb, sonra da məktəbdən götürərək evə gətirib".
Zərərçəkmiş qeyd edib ki, yanvarın 2-də, saat 11 radələrində evdə olduqları zaman dəcəllik etdiyi üçün babası əsəbiləşib və onun sol əlinin üst nahiyəsindən yumruqla vurub: "Əlimin üstündə yara əmələ gəldiyi üçün bir neçə gün əlimi anamdan gizlətdim. Hadisədən 2-3 gün sonra anam əlimi gördü və nə olduğunu soruşdu. Bildirdim ki, bir neçə gün əvvəl babam yumruqla vuraraq xəsarət yetirib".
Quba Rayon Məhkəməsinin hökmü ilə Kərəm aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcının qazancından dövlət nəfinə ilkin tutulmaların aparıldığı vaxtdan hesablanması qərara alınıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 01 Aprel 2026 22:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see732

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see276

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see272

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see261

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see253

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see242

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see238

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see234

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see231

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see215

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see209

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see203

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see197

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see197

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see191

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see189

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see183

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see182

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see180

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri