Icma.az
close
up
RU
Nəvəsinin ölümünü əvvəldən bildi, intriqaların qurbanı oldu Bu gün vəfat edən Məsumə Babayeva kimdir?

Nəvəsinin ölümünü əvvəldən bildi, intriqaların qurbanı oldu Bu gün vəfat edən Məsumə Babayeva kimdir?

Kulis.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kulis.az bu gün vəfat edən Gənc Tamaşaçılar teatrının aktrisası Məsumə Babayeva haqqında maraqlı faktları təqdim edir.

Məsumə Mustafa qızı Babayeva 23 sentyabr 1951-ci ildə anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Tələbə ikən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında bəzi tamaşalarda uşaq rollarında çıxış edib. Hələ tələbə olmasına baxmayaraq, orada Leyla Bədirbəyli, Həsənağa Salayev, Hökümə Qurbanova, Hamlet Qurbanov kimi sənətkarlarla tərəf-müqabil olub.

***

1972-ci ildə institutu bitirdikdən sonra təyinatla Gənc Tamaşaçılar Teatrına göndərilib. Teatrda çalışdığı illər ərzində 100-ə yaxın müxtəlif obrazlar yaradıb.

Aktrisa Azərbaycan Televiziyasında "Ürək rahatlıq sevmir" və "Deyin, Həyat haradadır?" kimi televiziya tamaşalarında modelyer və Həyat rollarına çəkilmişdir.

***

“Qovğalı kəndinin gecələri”, “Günaydın, mələyim!”, “Qocalar”, “Xəyallar gündəliyi”, “İstanbul reysi”, “Bir ovuc torpaq”, “İki ömür” filmlərinə çəkilib.

***

Teatrda işlədiyi dövrlərdə rəhmətlik aktrisa Xuraman Hacıyeva ilə yaxın dost olublar. Onlar teatra eyni vaxtda gəliblər. Onların arasını nə qədər vurmağa çalışsalar da, hər iki aktrisa dostluqlarını qoruyub saxlamağı bacarıb.

***

Aktrisanın ailə həyatından Ülviyyə adlı qızı, Pərvin adlı oğlu dünyaya gəlir. Yoldaşını erkən itirən aktrisa bütün ümidlərini övladlarına bağlayır. Onların yaxşı oxuması, təhsil alması üçün əlindən gələni edir. Aktrisanın qızı ailə həyatı qurandan sonra bir qızı olur. Ancaq tale elə gətirir ki, Aktrisa həm oğlu Pərvini, həm də nəvəsini itirir.

***

2009-cu ildə aktrisanın 25 yaşlı oğlu Pərvin Abbasov özünü yaşadığı evin çilçırağından asaraq intihar edir. Aktrisanın sözlərinə görə, oğlu ruhi xəstə olub, şizofreniyadan əziyyət çəkib:

“Onu həmişə qoruyurdum, amma saxlaya bilmədim. Kaş ki, mən onu tək qoymazdım, kaş inanmazdım ki, işə gedir. Həmişə deyirdi ki, 25 yaşında öləcəm. Mən ona inanmırdım ki, belə bir şey olsun. 25 yaşında belə bir hadisə baş verdi. Oğlumun özünü asmasını, yoldaşımın ölməyini əvvəlcədən bilmədim. Bəli, çox çətin günlər keçirdim. Elə anda dostların, yoldaşların bir kəlmə sözləri mənə mənəvi qida idi. Düzdür, elə insanlar oldu ki, mənim yıxılmağımı istədilər. O çətin günlərdən mən təkbaşına, özüm çıxmışam. Elə gün olub ki, özümü öldürmək də istəmişəm, amma kimsə gəlib bir anda qarşımda dayanıb”.

Bir müddət sonra isə aktrisanın qızı və nəvəsi yolu keçərkən onları maşın vurur. Aktrisanın nəvəsi yeddi gündən sonra dünyasını dəyişir, qızı isə sağ qalır. Qəribədir ki, Məsumə xanımın nəvəsi şəkil çəkərkən yolu keçən ana və bala rəsmi çəkir. Nənəsinə isə deyir:

“Nəvəm dedi ki, nənə, maşın gəlir, ana və mən keçirik, maşın bizi vurur. Dedim ver, mən çəkim, aldı əlimdən özü xətt elədi dedi ki, bu bizik. Yuxuda da gördüm ki, başqasını maşın vurur. Oğlum həmişə deyirdi ki, mən rəhmətə getsəm, qız da rəhmətə gedəcək. Onlar dayı bala bir-birinə bağlı idilər”.

***

Aktrisanın qızının birinci ailəsi dağılır. O, sonradan 2014-cü ildə ikinci dəfə ailə həyatı qurur. Bu evlilikdən onun daha bir qız övladı dünyaya gəlir.

Aktrisa teatrda işlədiyi müddətdə onun paxıllığını çəkənlər, ona qarşı pislik edənlər də çox olub. O, bu barədə müsahibələrinin birində deyir:

“Teatrda vaxtilə o qədər çəkişmələr olub ki, gəl görəsən. Teatra yeni gəlmişdim, elə bilirdilər ki, ağır rolları oynaya bilmərəm. Görəndə ki, işimin öhdəsindən asanlıqla gəlirəm, bu zaman paxıllıqlar başladı. Elə olub ki, rolu mənə veriblər, səhnəyə çıxmağıma dəqiqələr qalmış məni digər aktrisa itələyib, yerimdə durub. Mən də səssiz-səmirsiz gəlib otağımda ağlamışam. Vaxtilə bizi belə sıxışdırıblar. O aktrisa artıq həyatda yoxdur, rəhmətə gedib. Sonralar həmin aktrisa ilə münasibət olduğu kimi qalırdı. Amma mən o insanla ehtiyatlı davranırdım. Çünki bilirdim ki, o hər an mənə pislik edə bilər”.

***

Hazırda Gənc Tamaşaçılar teatrında aktrisa kimi fəaliyyət göstərən aktrisanın 70 yaşı var. "Fəxri Mədəniyyət İşçisi" döş nişanı, "Sənətkar" medalı və "Tərəqqi" medalı ilə təltif edilib.

Gənc Tamaşaçılar Teatrının aktrisası bu gün vəfat edib.

​​​​​​

74 yaşlı M.Babayeva bu dəqiqələrdə vəfat edib.

"Mən o kişidən yaxşı insanam..." - Kim sol düyməni basmaq cəsarətini gözə alır? Rüstəm Behrudinin yeni kitabı təqdim olunacaq “Üzeyir Hacıbəyli mükafatı”nın qalibləri məlum oldu
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://kulis.az
archiveBu xəbər 24 Yanvar 2026 18:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see305

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see223

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see176

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see175

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see158

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see157

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see150

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see148

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see140

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see138

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see137

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri