Nevroloq Natavan Mustafayevanın klinikasında nöqsanlar aşkarlandı CƏRİMƏLƏNDİ
Icma.az, Tribuna portalına istinadən məlumat yayır.
“Neomed2020” MMC (“Neomed Medical Center”) sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarını pozduğuna görə cərimələnib.
Tribunainfo.az-ın İqtisadiyyat.az-a istinadən məlumatına görə, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən klinika barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1-ci (Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.
Daha sonra protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş klinika ilə bağlı müraciətə baxılıb.
Hakim Şəfəq Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.
Xatırladaq ki, sözügedən inzibati xətaya görə hüquqi şəxslər 6000 manatdan 8000 manatadək məbləğdə cərimə edilir.
Qeyd edək ki, “Neomed2020” MMC 2021-ci ildə dövlət qeydiyyatına alınıb. Klinika Masazırda yerləşir. MMC-nin qanuni təmsilçisi Həmid Mustafayevdir. Tibb müəssisəsinin baş həkimi isə nevroloq Natavan Mustafayevadır.
Baxış sayı:118
Bu xəbər 07 Noyabr 2024 17:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















