Neymar mundial zamanı 880 min avroluq saat aldı
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Braziliya futbol millisinin hücumçusu Neymar DÇ-2026-da istirahət günündən bahalı saat almaq üçün istifadə edib.
İdman.Biz “A Bola”ya istinadən xəbər verir ki, 34 yaşlı futbolçu Nyu-Yorkda Jacob & Company butikində olub. O, burada 880 min avro (təxminən 1,8 milyon manat) dəyərində yeni model saat alıb.
Alış prosesi videoya çəkilib və brendin sosial şəbəkə hesablarında paylaşılıb. Kadrlarda Neymar şirkətin təsisçisi Ceykob Arabo ilə birlikdə “TikTok”da populyar trendə qoşulub. Video qısa müddətdə böyük baxış sayı toplayıb.
Neymar uzun müddətdir eksklüziv saatlara marağı ilə tanınır. Mənbənin məlumatına görə, onun şəxsi kolleksiyasının dəyəri bir neçə milyon avro ilə ölçülür. Bəzi saatlarının qiyməti isə iki milyon avrodan çoxdur.
Bu arada Braziliya millisi DÇ-2026-da mübarizəni davam etdirir. Penta kampeonlar 1/16 finalda Yaponiya seçməsi ilə qarşılaşacaqlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 28 İyun 2026 14:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















