Neymar “Real”ı yox, “Barselona”nı seçdiyinə görə peşmandır?
Icma.az bildirir, Publika.az saytına əsaslanaraq.
"Əl-Hilal"ın və Braziliya millisinin hücumçusu Neymar ölkəsinin futbol əfsanəsi Romarioya müsahibə verib.
Publika.az xəbər verir ki, Neymar Romarionun "karyeranda nədənsə peşmansan?" sualına maraqlı formada cavab verib:
“Xeyr, heç nəyə görə peşman deyiləm. Karyeramda həyatımda etdiyim hər bir səhv böyüməmə, yetkinləşməmə kömək etdi. Ona görə də heç nəyə peşman deyiləm.
Məsələn, “Real” əvəzinə “Barselona”nı seçdiyimə görə peşman deyiləm. Mən ora ürəyimlə getdim. Əlbəttə, mən Messi ilə oynamaq istəyirdim! "Barsa" mənim sevdiyim komanda idi. Mən həmişə bu komandanı izləmişəm. Ronaldinyodan bəri həmişə deyirdim ki, “orada oynamaq istəyirəm”. Belə də oldu”.
Qeyd edək ki, Neymar 2013-2017-ci illər aralığında “Barselona”da çıxış edib.
Heybət
Baxış sayı:98
Bu xəbər 17 Yanvar 2025 13:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















