Neymar: Tiaqo məni zədələyəcəyinə söz vermişdi
Icma.az bildirir, Olke.az portalına istinadən.
"Santos" klubunun ulduz hücumçusu Neymar Braziliya çempionatının dördüncü turu çərçivəsində baş tutan və komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşan qarşılaşmada "Vasko da Qama"nın yarımmüdafiəçisi Tiaqo Mendeslə yaşadığı gərginlik barədə açıqlama verib.
Ölkə.az xəbər verir ki, braziliyalı futbolçu rəqib oyunçu haqqında fikirlərini bölüşüb.
"O, hər zaman gərginlik yaratmağa cəhd edir. Vaxtilə, PSJ-də çıxış edərkən məni zədələmişdi və bu gün də eyni hərəkəti təkrarlayacağına söz vermişdi. Görək, məni yenidən sıradan çıxarmağa cəsarəti çatarmı?" - deyə Neymar bildirib.
Qeyd edək ki, "Vasko da Qama" ilə keçirilən görüşdə Neymar rəqib qapısından iki top keçirərək dubl müəllifi olub.
Xatırladaq ki, Neymar 2025-ci ildən etibarən "Santos"un şərəfini qoruyur. Təcrübəli forvardın hazırkı klubu ilə müqavilə müddəti 2026-cı ilin dekabr ayına qədər nəzərdə tutulub.(oxu.az)
Baxış sayı:166
Bu xəbər 27 Fevral 2026 21:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















