Icma.az
close
up
RU
Neymardan “Real” və “Bavariya” etirafı

Neymardan “Real” və “Bavariya” etirafı

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Uğursuz Səudiyyə Ərəbistanı macərasından sonra vətəninə qayıdan və doğma klubu “Santos”la anlaşan Neymar “Podpah” adlı “yutub” səhifəsinə iki saatlıq müsahibə verib.

33 yaşlı superulduz karyerasına aid maraqlı etiraflar edib. Sən demə, 2013-də o, “Barselona”ya yox, “Real”a keçə bilərmiş. Eləcə də Neymar Messi ilə olan penalti xatirəsindən və bu yaxınlarda künc zərbəsindən vurduğu qol haqda danışıb:

“Barselona”dan öncə mənə “Real”dan çox ciddi və sərfəli təklif gəlmişdi. Bu, “kart-blanş” idi. Onlar mənə istədiyim hər şeyi verməyə hazır idilər. Hətta “Real”a getsəydim, “Barsa”dakından 3 qat artıq pul qazanacaqdım. Florentino Peres hər zaman mənə dəyər verib. Ancaq həm Ronaldinyonun vaxtilə “Barsa”da oynamasına, həm də Messi ilə bir klubda oynamaq istədiyimə görə Kataloniyaya yollandım. Bundan başqa, Qvardiolaya görə “Bavariya”ya da yollanmağın biraddımlığındaydım. Həmin vaxt Sürixdə idim. İlin qolu nominasiyasında qalib gəlmişdim. Birdən qapı döyüldü. Əynimi geyinib qapını açdım və atamla Qvardiola otağa daxil oldu. Xosep məni yeni çalışdıracağı kluba dəvət etdi. Öz ideyalarını anlatmaq üçün noutbuk və kağız da gətirmişdi. Mənə dedi ki, onun başçılığı altında bir mövsümə 60 qol vurmasam, klubunu dəyişəcək. Düzdü, söhbətin hansı klubdan getdiyini demək istəmirdi. Mənim inadkarlığımdan sonra “Bavariya”nın adını çəkdi. Sonra “bilirəm, orda hava daha soyuqdu. Münhen Barselona və ya Madrid deyil. Amma sənin qeydinə qalacam və səni dünyanın ən yaxşısı edəcəm” dedi. Ciddi şəkildə bu variant üzərində düşünsəm də, sonda yenə də “Barselona”ya üstünlük verdim. PSJ-də bir dəfə məşqdə penaltilər üzərində çalışırdıq. Messi məndən “sən axı bu cür necə vura bilirsən” deyə soruşdu (sona qədər qapıçıya baxa-baxa vurmağı nəzərdə tutur – red.). Mən də ona gülümsəyərək “sən dəlisən? Sən axı Messisən, mən vura bilirəmsə, sən də vura bilərsən, sadəcə, bunun üzərində çoxlu məşq et” dedim. O da gülümsədi və bu cür zərbənin üzərində çalışacağını dedi. DÇ-2022-də bu cür tərzdə yerinə yetirdiyi penaltilərin hamısını qola çevirdi. Bu cür tərzdə vurmadığı yeganə penaltini isə boşa verdi. “Santos”a qayıdandan sonra ilk qolumu künc zərbəsindən vurdum. Sizi əmin edirəm ki, o zərbəni bilərəkdən o cür vurdum. Künc zərbəsindən öncə düşündüm ki, rəqib azarkeşlərin gözü önündə belə qol vurmaq əla olardı. Qoldan sonra üzümü onlara tutaraq “indi nə sözünüz var?” dedim”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 06 Mart 2025 22:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see599

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see312

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see301

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see294

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see291

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see289

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see279

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see261

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see256

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see248

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see245

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see236

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see231

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see231

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see230

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see226

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see225

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see225

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see223

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri