Neymarın zədəsi “Santos”un bildirdiyindən daha ciddi imiş
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Braziliya Futbol Konfederasiyası (CBF) 2026-cı il dünya çempionatı üçün çağırılan millinin hücumçusu Neymarın yüngül şişkinlikdən daha ciddi zədəsi olduğunu və onun sağalmasının “Santos”un əvvəllər bildirdiyindən daha uzun çəkə biləcəyini bildirib.
İdman.Biz bu barədə ESPN-ə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, CBF 34 yaşlı hücumçunun səhhəti ilə bağlı dəqiq məlumatların olmamasından narazıdır. Neymarın dünya çempionatından əvvəl Panama (31 may) və Misir (5 iyun) ilə yoldaşlıq oyunlarında iştirakının ehtimalının az olduğu vurğulanır.
Karlo Ançelottinin məşqçilər heyəti həmçinin Neymarın fiziki vəziyyətinin ona DÇ-2026-nın qrup mərhələsinin birinci turunda Mərakeşə qarşı (14 iyun) oynamağa imkan verib-verməyəcəyini də müzakirə edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 22 May 2026 07:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















