Icma.az
close
up
RU
Nəzakət Cavadovanın “13 cü Kottecin sirri” romanı

Nəzakət Cavadovanın “13 cü Kottecin sirri” romanı

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ƏSƏR BARƏDƏ BİR NEÇƏ SÖZ

Azərbaycan xalqı ona görə çox xoşbəxt xalqdır ki, onun həssas ürəkli, qəlbi Vətən eşqilə döyünən, yazıb-yaratmağı bacaran görkəmli yazarları, istedadlı şairləri, ədibləri, dramaturqları, aşıqları və digər sənət fədailəri olub və bu gün də onların davamçıları yetişməkdədir. Ürəyi yazıb-yaratmaq eşqilə aşıb-daşan həmvətənlərimiz harada yaşamalarından asılı olmayaraq, ana dilimizdəki sözlərin qüdrətilə yeni-yeni əsərlər yazır, Azərbaycan ədəbiyyatına yeni nəfəs gətirir, yeni töhfələr verirlər. Bu gün əlinə qələm alan istedadlı yazarlarımız tariximizi, adət-ənənələrimizi, yaşam tərzimizi və ümumən milli duyğularımızı ehtiva edən, hər bir şeyi nəsildən-nəslə ötürən, illər boyunca böyük bir ədəbi miras formalaşdıran ustadlarımızın yolunu davam etdirməyə çalışır, bu gün yazmış olduqları əsərlərlə mənsub olduqları xalqın ədəbi mühitində öz sözlərini deyirlər.

Mən bu yazımda Müstəqil Azərbaycanımızın dəyərli bir ziyalısı, istedadlı xanım yazarı, Azərbaycan əsilli olub Berlində yaşayan, ürəyi Vətən eşqilə döyünən yazıçı – "LONDON SAATI" və bu günlərdə işıq üzü görən "13-cü KOTTECİN SİRRİ" romanlarının müəllifi Nəzakət xanım Cavadovanın ədəbiyyatımıza ərməğan etdiyi bu iki əsərdən söhbət açmaq istəyirəm. Nəzakət xanımın əsərlərini oxuyarkən kitabdan ayrılmaq və yaxud başqa nəyisə düşünmək mümkün deyil. "London saatı" əsəri ön söz, proloq, 42 daxili başlıq və epiloqdan ibarətdir. Bu əsər barədə geniş yazmaq fikrim yoxdur. Ona görə ki, bu əsər barədə ədəbi tənqidçi Gündüz Sevindik çox gözəl və hərtərəfli olaraq öz rəyini yazıb. Ondan sonra mənim nəsə yazmağım doğru olmaz. Lakin mən qısaca olaraq oxucu kimi öz münasibətimi bildirmək istəyirəm. Müəllifin hər iki romanında sevginin bəzən insanları çətinə saldığını, sevdiklərinə acı gətirdiyini və bu sevginin Bermud üçbucağında yox olaraq sevdiklərinə iztirab, kədər verdiyini ürək ağrısı ilə anlatdığını görürəm. Bu bağlılıq ailə faciələrində özünü açıq büruzə verir. “London saatı” romanında körpə uşaqları olan bir hərbçi ailəsinin hərbi hissədə xidməti zamanı ailəsinin onun ad günü münasibətilə yanına gəlməsindən və bu zaman ailənin başına gələn müsibətdən və bir ailənin ömürlük faciəsindən bəhs edən müəllif hadisələri o qədər canlı təsvir edir ki, gözlərin qarşısında baş vermiş kimi əsər oxucunun müəllifə diqqətini və əsərin oxunmasına həvəsini artırır.

"13-cü Kottecin sirri" romanı 70 daxili fəsildən, proloq və epiloqdan ibarətdir. Kitabın redaktoru Sabir Rüstəmxanlının kitaba yazdığı ön söz kitab haqqında hər şeyi yazıçı dili ilə önə çıxarır və mənə elə gəlir ki, bu kitab haqqında ondan sonra söz demək düzgün alınmaz. Lakin mən bir oxucu kimi öz şəxsi fikrimi bölüşmək istədim. Mən müəllifin ilk kitabı olan “London saatı” kitabını da oxuyanda bu fikrə gəlmişdim, lakin sonra nədənsə fikrimdən daşındım. Bəlkə də şəxsi tanışlığım olmadığı və müəllifin mənim fikrimə necə reaksiya verəcəyindən çəkindim.

“13-cü Kottecin sirri” romanını oxuyarkən mən yenə həmin hissi keçirdim. Bu kitablar barədə kiçik bir rəyimi, duyğularımı yazıb mətbuatda işıqlandırmağı qarşıma məqsəd qoydum. Çünki bu kitabları oxuduqca nə qədər peşəkar şəkildə yazıldığını, hər cümləyə, hər detala diqqət yetirildiyinin şahidi oldum. Əsərlərin hər ikisində hadisələrin cərəyanı o qədər insanı özünə cəlb edir ki, sanki ovsunlanırsan. İstər “London saatı”, istərsə də “13-cü Kottecin sirri” romanlarında yazıçı hadisələri süjetlərin dili ilə o qədər ustalıqla, sadə dildə verib ki, oxucu əsərləri oxuyarkən sanki özünü həmin hadisələrin içində, personajların arasında hiss edir, həyəcan, nigarançılıq insanın düşüncələrinə hakim kəsilir. “London saatı” romanında hər iki valideyni bir gecədə erməni cəlladları tərəfindən öldürülən gənc qızın həyat hekayəsi, yalanlarla üzləşməsi, ilk sevgisinin nakamlığı, böyük ürək sahibi olduğu, son anadək doğma bacısı olduğunun gizlədilməsi, bacının ağır taleyi, qəza vaxtı körpəsinin doğulması və uşaq evinə verilməsi, Dəniz xanımın bunu bilən zaman təlaş keçirməsi, ciddi-cəhdlə uşağı körpələr evindən götürüb yanına aparması, özünün çətin vəziyyətinə baxmayaraq onu qoruması, ona arxa durması və bu uşağa görə ilk məhəbbətinin uğursuz alınması, bütün bunlara baxmayaraq yıxılmaması, dik duruşu, hər şeyə rəğmən ailəsini qoruması Dənizi oxucunun gözündə yüksəldir. Azərbaycan xanımının vüqarını, mənliyini göz önünə gətirir, oxucu cərəyan edən nəfəskəsən hadisələrin axarına düşərək qımıldanmadan gah sevinir, gah ağlayır, gah da təəssüf hissi keçirir.

Müəllifin oxucuları onun yeni əsərlərini daim həsrətlə gözləyir. "13-cü Kottecin sirri" kitabının nüsxələrinin Qəbələ oxucuları üçün göndərilməsi məndə bir oxucu kimi xoş əhval-ruhiyyə oyatdı. Mən yazıçının bu əsər üzərində işləməsindən xəbərdar idim və səbirsizliklə gözləyirdim. Kitab mənə çatan gün oxumağa başladım.

Oxuduqca məndə qəribə bir hiss oyandı: müəllif kriminal mövzuda yazılmış bu romanın mövzusunu həyatdanmı götürüb, yoxsa yazıçı təxəyyülünün məhsuludur, deyə düşünürdüm. Kitabı oxuduqca, mövzudan mövzuya keçdikcə “London saatı” romanı ilə bir bağlılıq və Vətənimizdə gedən ərazi itkisi, 44 günlük müharibənin elindən-obasından kənarda yaşayan bir azərbaycanlı gəncin ruhunu narahat etdiyini Kirmanın obrazı ilə mükəmməl canlandırdığını, vətənpərvər gənc kimi hospitaldan çıxan kimi yenidən cəbhəyə qayıtmaq istəməsini müəllifin bu qədər içdən gələn marağını düşünərkən onun həyatından vaxtilə keçən hansısa bir qorxu hissinin olmasını düşündüm. Bəlkə də səhv edirəm, amma bu qədər mükəmməl bir detektiv romanın yazılması üçün müəllif mütləq hansısa bir hadisədən keçməli, nəyinsə şahidi olmalıdır, deyə düşündüm. Əsəri oxuduqca əsərdə Vətən müharibəsinin izlərini, əsərin aparıcı personajı olan Kirmanın timsalında aydın görürük. Cəbhədən yaralı gələn, hospitaldan yenicə evə buraxılmış Kirmanın kafeni yoxlamağa getməsi, elə həmin gecə iki qadının qətl edilməsi və cinayətin səhvən onun üzərinə yönəldilməsi şübhəsini müəllif ustalıqla verərək oxucunu həyəcanda saxlayır. Qətllər və bu qətillərin amansızlıqla törədilməsi, cərəyan edən hadisələrin gedişatı oxucunu həyəcanda saxlayır.

Bununla yanaşı, sonda Kirmanın Raula verdiyi sözə əməl etməsi, Alisanı öz balası kimi müdafiə edərək himayədarına çevrilməsi, hələ də insanların qəlbində sevgi hissinin yaşadığını, dostuna sədaqətin olduğunu, verdiyi sözə əməl etdiyini əsərdə bir xətt kimi nəzərə çarpır. Müəllif əslində bu əsərdəki süjetlərin dili ilə eyni zamanda cinayətə gedən yolu göstərməklə gənclərə bir mesaj verir, bu yoldan çəkinməyə sövq edir.

Əsərin sonunda “Bermud üçbucağı” fəslində bəzən sevginin, məhəbbətin cinayətə gətirib çıxartdığı, buz kimi soyuq olduğu, bu aləmdə sevginin həmişə xoşbəxtliyə səbəb olmadığı, bu dünyada gözəlliyin xilas deyil, lənəti təcəssüm etdirdiyi, həzz və ehtiyac sərhəd tanımadıqca saflığın bu dünyanı tərk etməsi, ata-ana nəvazişindən məhrum olunduğundan söhbət açılır. Bu Bermud üçbucağında qərq olan nə gəmi, nə də təyyarə deyil, bu dəfə sevgilərin boğulduğu nəzərə çatdırılır.

Zənnimcə, Nəzakət Cavadovanın “13-cü Kottecin sirri” romanı onun yaradıcılıq sahəsində uğurlu əsəri olmaqla, gənc yazar kimi ondan yeni əsərlər gözləməyimizə zəmin yaradır.

“Bu dəfə Bermud üçbucağına qərq olan nə gəmilər, nə təyyarələr idi – bu dəfə sevgilər boğulurdu.”

Mən əminəm ki, oxucular müəllifin bu kitabını əldə edəcək və bir oxucu kimi Vətəndən uzaqda yaşayan bir azərbaycanlı xanımın növbəti əsərinin yolunu gözləyəcəklər.

Bu yolda Nəzakət xanım Cavadovaya uğurlar arzulayırıq.

Rəna Mahmudova (Azaklı),

“Qəbələ Yazarlarına Dəstək” İctimai Birliyinin təsisçisi, sədri,

Şair, 3 kitab müəllifi, “QIZIL QƏLƏM” media mükafatı laureatı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 İyul 2026 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see432

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see428

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see306

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see282

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see271

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see265

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see262

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see258

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see242

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see227

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see220

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see217

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see216

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see213

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see212

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see211

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see208

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see207

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see205

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri