Icma.az
close
up
RU
Nəzarətçilərə qarşı güzəşt yanaşması mövcud deyil EKSPERT

Nəzarətçilərə qarşı güzəşt yanaşması mövcud deyil EKSPERT

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Ümumilikdə ilk olaraq qeyd etmək lazımdır ki, Dövlət İmtahan Mərkəzinin qəbul imtahanlarında apardığı siyasətin şəffaflığı həqiqətən də bir neçə səviyyədə təmin olunur. Cəmiyyətin bütün üzvləri bu prosesi açıq şəkildə müşahidə edə bilir və düşünürəm ki, bu yanaşma bundan sonra da davam edəcək".

Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.

Onun sözlərinə görə, nəzarətçilər məsələsinə gəldikdə isə, burada müəyyən problemlərin mövcud olduğunu inkar etmək olmaz. Qəbul imtahanlarında istər zal nəzarətçiləri, istərsə də digər nəzarətçilər xüsusi təlimlərdən keçirilir, müvafiq qaydalarla tanış olur və yalnız bundan sonra imtahan prosesinə cəlb edilirlər. Əgər nəzarətçi tərəfindən hər hansı qeyri-qanuni və ya etikaya zidd addım aşkar olunarsa, həmin şəxslə əməkdaşlığa dərhal son verilir.

Bu fakt bir daha göstərir ki, Dövlət İmtahan Mərkəzi yalnız abituriyentlərə deyil, öz nəzarətçilərinə qarşı da ciddi nəzarət mexanizmi tətbiq edir. Yəni “sən bizim nəzarətçimizsən” yanaşması yoxdur. Əksinə, nəzarətçilərin fəaliyyəti daimi izlənilir və hər hansı qayda pozuntusu dərhal təsbit olunur.

Praktikada görürük ki, bəzi nəzarətçilər üzərlərinə düşən məsuliyyəti tam və vicdanla yerinə yetirirlər. Digər bir qisim isə səhlənkarlığa yol verir və ya qaydalardan kənara çıxır. Məhz bu səbəbdən də həmin şəxslərlə əməkdaşlıq dayandırılır. Bu yanaşma tamamilə normal və düzgündür.

Qeyd etmək lazımdır ki, nəzarətçilərin böyük əksəriyyəti ümumtəhsil məktəblərində çalışan müəllimlərdir. Onlar xüsusi təlimlərdən keçdikdən və qaydaları tam mənimsədikdən sonra zal nəzarətçisi kimi cəlb olunurlar. Burada hər hansı şəxsi seçim və ya tapşırıqdan söhbət qətiyyən gedə bilməz. Bütün proses qaydalara əsaslanan institusional mexanizm üzərindən həyata keçirilir.

Təbii ki, Dövlət İmtahan Mərkəzinin fəaliyyətində də müəyyən nöqsanlar mövcuddur. Bəzən test tapşırıqlarının məzmunu, sualların forması ilə bağlı narazılıqlar yaranır. Ayrı-ayrı hallarda suallarda texniki problemlər müşahidə olunub və bu zaman Mərkəz həmin məsələləri abituriyentlərin xeyrinə həll edib. Apellyasiya mərhələsində də əvvəlki illərlə müqayisədə müəyyən dəyişikliklər var və bu sahədə təkmilləşməyə ehtiyac olduğu görünür.

Lakin bütün bunlara baxmayaraq, qəbul imtahanlarının ümumi şəffaflığı və ədalətliliyi məsələsində Dövlət İmtahan Mərkəzi illərdir ki, özünü doğruldub. Bu sahədə Mələkə xanım Abbaszadənin xüsusi xidmətləri var və bu, danılmaz faktdır. O, şəffaflığa xələl gətirən heç bir addımı qəbul etmir və hər hansı pozuntu baş verdikdə dərhal sərt tədbirlər görülür.

Nəticə etibarilə demək olar ki, Dövlət İmtahan Mərkəzinin bütün əməkdaşları artıq yaxşı bilirlər: qəbul prosesi yalnız və yalnız şəffaf şəkildə aparılmalıdır. Məhz bu prinsip Mərkəzin illərdir qoruduğu əsas dəyərdir.

Qəbul prosesi şəffaf keçirilməlidir və bu şəffaflıq Dövlət İmtahan Mərkəzi tərəfindən illərdir qorunub saxlanılır. Təbii ki, bəzi hallarda nəzarətçilərlə bağlı narazılıqlar səslənə bilər. Biz bunu abituriyentlərin müraciətlərindən və fikirlərindən də görürük. Bəzi abituriyentlər nəzarətçilərin yanaşmasından narazı olduqlarını, bəziləri isə nəzarət mexanizminin düzgün icra edilmədiyini bildirirlər.

Bu hallar müəyyən mənada normal qarşılanmalıdır. Çünki zal nəzarətçiləri birbaşa Dövlət İmtahan Mərkəzinin ştat əməkdaşları deyillər. Onlar müxtəlif ümumtəhsil məktəblərində çalışan müəllimlərdir və yalnız xüsusi təlimlərdən və təlimatlandırmadan keçdikdən sonra qəbul imtahanlarında nəzarətçi kimi cəlb olunurlar.

Bu baxımdan, ayrı-ayrı nəzarətçilərdə nöqsan və ya problem yaranması Dövlət İmtahan Mərkəzinin ümumi şəffaflığına qətiyyən xələl gətirmir və gətirməməlidir. Burada əsas məsələ nəzarətçinin şəxsi məsuliyyətidir. Əgər bir şəxsə belə bir vəzifə və öhdəlik tapşırılıbsa, o, bu məsuliyyətin öhdəsindən layiqincə və üzüağ çıxmağa çalışmalıdır. Çünki nəzarətçi imtahan zalında artıq Dövlət İmtahan Mərkəzini təmsil edir.

Bu səbəbdən də nəzarətçi təmsil etdiyi qurumun nüfuzunu və şəffaflıq prinsipini nəzərə alaraq maksimum səviyyədə diqqətli və prinsipial davranmalıdır. Hər hansı qeyri-qanuni və ya etikaya zidd yanaşmaya görə isə, istər Mərkəzin əməkdaşı olsun, istərsə də kənardan cəlb olunmuş nəzarətçi - heç kəsə güzəşt edilə bilməz.

Belə sərt və prinsipial mövqe nəzarətçilər arasında məsuliyyət hissini gücləndirir. Xüsusilə də 935 nəfər nəzarətçinin növbəti qəbul proseslərindən kənarlaşdırılması digər nəzarətçilər üçün ciddi mesajdır və gələcəkdə onların daha diqqətli və məsuliyyətli davranmasına təsir göstərəcək".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://sia.az
archiveBu xəbər 06 Fevral 2026 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri