“Nəzərə də almırlar ki, futbolçu 1 in yarısında yemək yeyir, 7 də meydana çıxır” Azər Bağırov
Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.
“Kəpəz” Misli premyer-liqasının 24-cü turunda səfərdə “Zirə”yə məğlub oldu – 0:2.
“Football-plus.az” xəbər verir ki, oyundan sonra qonaqların baş məşqçisi Azər Bağırov narazılığını gizlətməyib.
- Dünən gəldik və getdik. Oyunun vaxtını dəyişdirdilər. Vaxtı dəyişmək futbolçulara nə qədər təsir etdi. Futbolçularım bu gün əziyyət çəkdi. Futbolçular 1-in yarısında yemək yedi. Saat 4-ün yarısından burdayıq. Böyük problemlər yaşandı. Rəqibi təbrik edirəm.
- Sizcə, şərtlər hər iki tərəf üçün eyni idi?
- Xeyr. Hətta biz bura çatanda xəbər etdilər ki, oyun 6-ya təyin olunub. Geri qayıtdıq və sonra yenidən gəldik. Biz səfər komandasıyıq. Bir gün əvvəl gəldiyimizə görə məşq etməyə yer tapa bilmədik. Futbolçu iki gün məşq etmədi. Nəzərə də almırlar ki, futbolçu 1-in yarısında yemək yeyir, 7-də meydana çıxır.
- Üç gün sonra Bakıda oyununuz var. Geri qayıdacaqsız?
- Biz üç günə görə geri qayıtmalıyıq. Bu durum pis mənada futbolçuları sındırmaqdı. Elə də geniş heyətimiz yoxdu. İncə məqamlar var. Onlar da insandı. İlk növbədə nəzərə almaq lazımdı ki, futbolçu da insandı. Oyun keçiriləcək deyə mən onlara zərbə vurmalıyam? İki gün məşq etmədik və bu gün oyuna çıxdıq.
ƏSƏD SEYİDOV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 24 Fevral 2025 21:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















