Icma.az
close
up
RU
Nəziridən Cəlala: “Dedim ki, başqa təklifləri düşünmə, Rumıniyaya get”

Nəziridən Cəlala: “Dedim ki, başqa təklifləri düşünmə, Rumıniyaya get”

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynov Rumıniyanın “Petrolul” klubuna keçib. O, Ploişte təmsilçisində çıxış edəcək ikinci azərbaycanlıdır. Daha əvvəl Elhad Nəziri bu komandanın şərəfini qoruyub. 33 yaşlı mütəxəssis futbolçu kimi 2013-cü ildə “Petrolul”un formasını geyinib.

Nəziri ilə Cəlalın keçidi və Rumıniya çempionatının perspektivləri haqda danışdıq:

– “Şamaxı”da birlikdə işlədiyiniz Cəlal Hüseynov sizin də çıxış etdiyiniz “Petrolul”la müqavilə imzaladı. Keçidini necə qarşıladınız?
– Cəlalın transferi bütün Azərbaycan xalqını sevindirməlidir. Çünki nə qədər yerli futbolçu Avropada çox oynasa, digərlərinin də yolu açılar. Cəlala ən xoş anları, nəticələri arzulayıram. Özüm Rumıniya Kubokunu və çempionatın bürünc medalını qazanmışam. Cəlalın daha yaxşısına nail olmağını istərdim.

– Siz oynadığınız vaxtdan 10 il çox keçib. Sizcə, Rumıniya çempionatı indiki zamanda Cəlalal nələr qazandıra bilər?
– Rumıniya çempionatına diqqət böyükdür və artmaqdadır. Avropanın TOP-5 klublarının skautlar daim bu liqanı izləyir. Düzdür, maliyyə baxımından çox yüksək deyil, amma şərait, struktur yaxşıdır. Burdan Avropaya getmək daha asandır. Ümid edirəm ki, futbolçumuz da böyük liqalara gedənlər sırasında olar.

– “Şamaxı”da işləyən zaman Cəlal da rəhbərliyiniz altında olub. Transferi zamanı sizinlə danışdı?
– “Petrolul”dan təklif gələndə əlaqə saxladı, danışdıq. Tövsiyə etdim ki, orda oynasın. Dedim ki, başqa təklifləri düşünmə, “Petrolul”a get. Rumıniyada futbolçulara böyük sevgi və hörmət var. Cəlala sağ ol deyirəm ki, məni böyük bilib, məsləhət aldı. Buna çox sevindim. Ümid edirəm ki, yaxşı nəticələr qazanar.

– Özünüz nə edirsiniz? son iş yeriniz “Səbail” olub və bir neçə aydır, boşdasınız. Məşqçi karyeranızla bağlı hansı yenilik var?
– Hazırda danışıq apardığımız klub var. İnşallah, yaxın zamanda tam bəlli olacaq. Məşqçilik karyerası belədir, bəzən bir neçə ay işsiz qala bilirsən. Mənim üçün prioritet odur ki, qarşıdan A kateqoriyasının kursları gəlir, bunun üçün də məşqçi fəaliyyətimə davam etməliyəm.

– Azərbaycan Premyer Liqasında çempion dəyişdi. “Sabah”ın “Qarabağ”ın dominantlığına son verdiyi mövsümlə bağlı fikirləriniz nələrdir?
– Azərbaycan çempionatı çox maraqlı keçdi. Neçə il idi, “Qarabağ”ı üstələyən olmurdu və asanlıqla çempionluğu əldə edirlər. İndi “Sabah” bu seriyanı pozdu. Növbəti mövsüm üçün “Neftçi”nin, “Turan Tovuz”un da iddialı olacağı gözlənilir. İnanıram ki, qarşıdakı ildə daha maraqlı mövsüm keçəcək.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 29 İyun 2026 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see405

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see323

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see243

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see235

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see225

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see216

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see216

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see214

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see210

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see204

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see193

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see192

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see183

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see183

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see178

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri