NFC vasitəsilə ödəniş edənlərin kartı niyə məhdudlaşdırılır? AÇIQLAMA
Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Son günlər paytaxtda ictimai nəqliyyatdan istifadə edən sərnişinlər metro və avtobuslarda NFC vasitəsilə ödəniş edərkən "kart məhdudlaşdırılıb” bildirişi ilə tez-tez qarşılaşırlar.
Bu hal xüsusilə gündəlik olaraq rəqəmsal ödəniş üsullarına üstünlük verən istifadəçilər arasında narahatlıq yaradıb.
AZXEBER.COM mövzu ilə bağlı BakıKart ilə əlaqə saxlayıb. Qurumdan bildirilib ki, problem texniki xarakter daşıyır və aradan qaldırılması istiqamətində işlər aparılır.
"NFC ödəniş zamanı kartın məhdudlaşdırılması ilə bağlı bildirişin görünməsi əslində sistemdə yaranan nasazlıqla əlaqədardır. Bu zaman bəzi hallarda ödəniş təsdiqlənmir və vəsait balansdan silinmir. Nəticədə sistem kartı müvəqqəti olaraq məhdudlaşdırılmış kimi göstərə bilər".
Qurum nümayəndəsi qeyd edib ki, bu problem bir çox istifadəçidə müşahidə olunur və fərdi hal deyil. Hazırda texniki komanda tərəfindən sistemin stabilləşdirilməsi və ödənişlərin düzgün emalı üçün yeniləmə işləri həyata keçirilir:
"Bu nasazlığın tam aradan qaldırılması üçün işlər davam edir və yaxın 1 həftə ərzində problem həll olunacaq. Sərnişinlərə isə tövsiyə olunur ki, problem həll olunana qədər alternativ ödəniş üsullarından - Bakı kartdan və ya digər mövcud vasitələrdən istifadə etsinlər".
Günel Hüseynli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:199
Bu xəbər 01 Aprel 2026 20:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















