Icma.az
close
up
RU
Nicat İmanov: Naxçıvanda gələn il üçün vergi güzəştlərinə dair yeni layihələrin icrası gözlənilir

Nicat İmanov: Naxçıvanda gələn il üçün vergi güzəştlərinə dair yeni layihələrin icrası gözlənilir

Operativmedia saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Operativ Media" xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov Naxçıvanda “Dövlət-biznes dialoq platforması və gələcək perspektivlər” mövzusunda sahibkarlarla keçirilən görüşdən sonra jurnalistlərə müsahibəsində söyləyib. 

İdarə rəisi deyib: “Hazırkı müzakirə məhz vergi güzəştləri ilə bağlıdır. Vergi güzəştləri Naxçıvan rezidentlərinə münasibətdə tətbiq ediləcək. Kimdir Naxçıvan rezidenti? Naxçıvan rezidenti muxtar respublikada qeydiyyata alınan, orada fəaliyyət göstərən sahibkarlıq subyektidir. Bu gün təklif etdiyimiz və danışdığımız mövzuda maliyyə institutları istisna olmaqla, real sektorun iştirakçıları, yəni ticarətçilər, istehsalçılar, xidmət sahəsində fəaliyyət göstərən şirkətlər və digərləri üçün mənfəət, gəlir, əmlak, torpaq vergiləri üzrə tam həcmdə 10 il müddətində vergidən azad olunma təklif edilir. Eyni zamanda, sahibkarlıq subyektlərinin idxal etdikləri texnika və texnoloji avadanlıqların idxalının əlavə dəyər vergisindən azad edilməsi nəzərdə tutulur”.

Nicat İmanov qeyd edib ki, məqsəd Naxçıvan Muxtar Respublikasında vergi ödəyicilərinə vergi güzəştləri verməklə onlar üçün əlverişli vergi mühitini təmin etmək, biznes subyektlərinin mənfəətliliyinə şərait yaratmaq, yəni vergi yolu ilə dəstək verməkdir: “Eyni zamanda, biznes subyektləri tərəfindən sahibkarlıq fəaliyyətini inkişaf etdirməklə ümumi iqtisadi sferaya inteqrasiyanı tam təmin etmək və məşğulluğun təmin olunmasına, əhalinin rifahının, maddi vəziyyətinin yaxşılaşdırılmasına imkan yaratmaqdır. Layihələr razılaşdırılaraq Nazirlər Kabinetinə təqdim edilib. İcrası növbəti il üçün gözlənilir. Təbii ki, müzakirə prosesindədir və həlli istiqamətində qısa müddətə növbəti addımların atılacağı gözlənilir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://operativmedia.az
archiveBu xəbər 07 Dekabr 2024 22:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see299

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see263

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see233

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see213

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see157

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see148

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see142

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see141

Dinamo Kiyev in əfsanəvi futbolçusu, üçqat SSRİ çempionu İvan Yaremçuk Polşada həbs edilib

24 Oktyabr 2025 15:49see140

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see137

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see136

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see131

İdman etməyin faydaları

24 Oktyabr 2025 12:06see131

Hər gün mixək çubuğu çeynəyin...

24 Oktyabr 2025 05:57see130

Ərköyün övlad ailəsini bıçaqladı TƏFƏRRÜAT KONKRET

24 Oktyabr 2025 00:17see127

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see126

Tramp Kolumbiya və Meksikanın narkokartellərin nəzarəti altına keçdiyinə inanır

24 Oktyabr 2025 05:19see126

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see125

“Daim təhlükə altındayıq” Sakinlərdən ŞİKAYƏT

24 Oktyabr 2025 18:31see122

Orbana ikiqat zərbə Budapeşt sammitinin ləğvi Baş nazirə nə vəd edir?

25 Oktyabr 2025 12:59see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri