Icma.az
close
up
RU
Nicat İmanov: Vergi güzəştləri Naxçıvan rezidentlərinə də tətbiq ediləcək

Nicat İmanov: Vergi güzəştləri Naxçıvan rezidentlərinə də tətbiq ediləcək

Icma.az, Report.az portalına istinadən məlumat verir.

Azərbaycanın işğaldan azad olunmuş əraziləri üçün nəzərdə tutulmuş vergi güzəştlərinin Naxçıvan rezidentlərinə də tətbiq edilməsi nəzərdə tutulur.

"Report"un yerli bürosu xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov Naxçıvanda “Dövlət-biznes dialoq platforması və gələcək perspektivlər” mövzusunda sahibkarlarla keçirilən görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib.

Görüş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası, eyni zamanda dözlət-biznes dialoq platformasının növbəti mərhələsi çərçivəsində baş tutub, sosial-iqtisadi inkişafı dəstəkləyən, əverişli biznes mühiti prioritetindən irəli gələrək vergi və digər dövlət dəstək tədbirləri haqqında müzakirələr aparılıb.

"Bu gün hədəf baxışlarımız və təklif etdiyimiz yeni layihənin elementlərini sahibkarlar, dövlət qurumlarının nümayəndələri, eyni zamanda media nümayəndələri ilə bölüşdük. Hazırki müzakirə məhz vergi güzəştləri ilə bağlıdır. Vergi güzəştləri Naxçıvan rezidentlərinə münasibətdə də tətbiq ediləcək. Kimdir Naxçıvan rezidenti? Muxtar respublikada qeydiyyata alınan, orada fəaliyyət göstərən sahibkarlıq subyekti. Bu gün təklif etdiyimiz və danışdığımız mövzuda maliyyə institutları istisna olmaqla, real sektorun iştirakçıları yəni ticarətçilər, istehsalçılar, xidmət sahəsində fəaliyyət göstərən şirkətlər və digərləri üçün mənfəət, gəlir, əmlak, torpaq vergiləri üzrə tam həcmdə 10 il müddətində vergidən azad olunma təklif edilir. Eyni zamanda sahibkarlıq subyektlərinin idxal etdikləri texnika, texnoloji avadanlıqların idxalının əlavə dəyər vergisindən azad edilməsi nəzərdə tutulur”, - deyə N.İmanov qeyd edib.

O, həmçinin deyib ki, bütövlükdə əsas məqsəd məhz Naxçıvan Muxtar Respublikasının mövcud və sonradan yeni yaranacaq vergi ödəyicilərinə vergi güzəştləri verməklə onlar üçün əlverişli vergi mühitini təmin etmək, biznes subyektlərinin mənfəətliliyinə şərait yaratmaq, yəni vergi yolu ilə dəstək verilməkdir: "Eyni zamanda biznes subyektlərinin sahibkarlıq fəaliyyətini inkişaf etdirməklə onların ümumi iqtisadi sferaya inteqrasiyasını tam təmin etmək, məşğulluğu təmin etmək, əhalinin rifahının, maddi vəziyyətinin yaxşılaşdırılmasına imkan yaratmaq qarşıya qoyulan məqsəsddir. Layihələr Prezidentin səlahiyyətli nümayəndəsinin və Naxçıvan hökumətinin təklifləri əsasında, eyni zamanda dövlət qurumları ilə müzakirə edilərək, qarşılıqlı olaraq razılaşdırılaraq Nazirlər Kabinetinə təqdim edilib. İcrası növbəti il üçün gözlənilir. Təbii ki, proses müzakirədədir. Qısa müddətə həlli istiqamətində növbəti addımlar atılacaq".

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://report.az
archiveBu xəbər 06 Dekabr 2024 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see178

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see159

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see154

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see146

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri