Icma.az
close
up
RU
Nicatı Parisdən, Tehrandan uman...

Nicatı Parisdən, Tehrandan uman...

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Sülh göyərçini” təxribat yolunu seçir

Hazırda Cənubi Qafqaz regionunda sabitliyin təmin olunması, xüsusilə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi gündəmin əsas mövzusudur. Məlumdur ki, bir neçə gün öncə rəsmi Bakı iki ölkə arasında sülh müqaviləsi üzrə bütün bəndlərin razılaşdırıldığını və layihə üzrə danışıqların başa çatdığını bəyan edib. Erməni tərəfi də bu faktı təsdiqləyib, hətta müqavilənin imzalanmasının vaxtını və yerini müəyyən etmək üçün danışıqlara hazır olduğunu iddia edib.

Ənənəvi erməni hiyləgərliyi

Əslində isə bu, ənənəvi erməni hiyləgərliyindən başqa bir şey deyil. Çünki sülh üçün ümidlərin artdığı vaxtlarda erməni tərəfi həmişə təxribatlar törədib. Ermənistan bu dəfə də ənənəsinə “sadiq qalıb”. Belə ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, martın 16-da saat 09:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən ordumuzun mövqelərini atıcı silahlardan atəşə tutub. Həmin gün saat 18:35 radələrində isə yenidən qarşı tərəf Gorus rayonunun Xəzinəvar yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.

Nəzərə alaq ki, Ermənistanın bu hərbi təxribatları baş nazir Nikol Paşinyanın İran prezidenti Pezeşkian və Fransanın prezidenti Makronla telefon danışığının olduğu gün baş verib.  Telefon söhbəti zamanı Paşinyan ölkə rəhbərlərini sülh müqaviləsi üzrə danışıqların başa çatması və Ermənistanın bu sənədi imzalamağa “hazır olması” barədə məlumatlandırıb. Amma sual olunur, rəsmi İrəvan sülh müqaviləsini imzalamağa hazırdırsa, nə üçün şərti dövlət sərhədində hərbi təxribatlar törədir? Əlbəttə, erməni tərəfi əvvəlki təcrübəyə əsasən faktiki sülhə maraqlı olmadığını nümayiş etdirir. Təsadüfi deyil ki, bir neçə gün öncə “caliber.az” saytı Ermənistan hakimiyyətinın xarici auditoriyaya yönəlmiş sülhə hazır olması barədə bəyanatlara baxmayaraq, Azərbaycanla yeni müharibəyə fəal şəkildə hazırlaşması barədə məlumat yaymışdı. Məlumatda qeyd olunurdu ki, rəsmi İrəvanın son hərəkətlərinin bütün məntiqi, revanşist əhval-ruhiyyə ilə dolu və güclü şəkildə militarizasiya olunan, regionun tezliklə erməni tərəfinin təhrik etdiyi növbəti müharibə ilə partlayacağını göstərir: “Üstəlik, Ermənistan artıq qarşıdurmanın yeni mərhələsinə hazırlıqlarını gizlətmir - belə ki, keçən həftə hökumətin iclasında elan edilib ki, ehtiyatda olanların növbəti toplanışları Ermənistanda 1 aprel - 13 iyun tarixlərində keçiriləcək”.

Sülh sazişi ilə bağlı danışıqların  yekunlaşmasından sonra Ermənistanda müharibəyə hazırlıqların getdiyini sübut edən digər faktlar da var. Belə ki, kütləvi informasiya vasitələri tərəfindən son günlər Ermənistanın Azərbaycanla  şərti sərhəddəki erməni postlarında mühəndis-istehkam işləri həyata keçirməsi barədə video-görüntülər yayımlayıb.

Paşinyanın məqsədi nədir?

Bütün bunların fonunda sülh sazişinin qısa müddətdə imzalanması ilə mətndən kənar məsələləri arxa fona keçirməyə çalışan Paşinyanın bir sıra  ölkələrin rəhbərlərinə telefon zənginin müəyyən məqsədi var. Region dövlətlərinə gəlincə, erməni baş nazir onların dəstəyini əldə edərək Azərbaycan qarşısında balansı öz xeyrinə dəyişdirməyə cəhd göstərir. Digər tərəfdən, Paşinyan yəqin ki, Fransanın timsalında Avropanın dəstəyinə nail olmaq və Parisin vasitəsilə Bakıya qarşı Qərbdən “sülh sazişinin imzalanması” çağırışlarını təşkil etməyi düşünür.

Görünən odur ki, Ermənistan Azərbaycana qarşı regional-regiondankənar təzyiq trayektoriyası formalaşdırmağa cəhd göstərir. Diplomatik addımlara paralel olaraq, şərti sərhəddə yenidən təxribatlara əl atmaları da beynəlxalq gündəliyi “regional sabitliyin yolu sülh sazişinin qısa müddətdə imzalanmasından keçir” istiqamətində formalaşdırmaq məqsədi daşıyır. Qarşıdakı dövrdə təxribatın və “sazişin tezliklə imzalanması” çağırışlarının intensivliyinin artması da istisna deyil.

Bundan əlavə, Ermənistan Azərbaycanla sərhəddə gərginlik yaratmasından Qərbdən və Hindistandan yeni silahlar  alınmasını özü üçün bir bəhanə kimi istifadə edə bilər. Yəni, bu təxribatlar Ermənistan ordusunun gücləndirilməsi cəhdi üçün də istifadə olunur. Mediada  yayılan məlumatlara görə, Ermənistan yeni aldığı silahları sərhəddə toplayır. Bu, bir daha həmin silahların Paşinyan hakimiyyətinin dediyi kimi müdafiə üçün deyil, hücum üçün olduğunu göstərir. Avropa İttifaqının “mülki missiyasının” Ermənistanın son təxribatlarına səssiz qalması da bu baxımdan, ciddi suallar yaradır.

İrəvan məlum şərtləri yerinə yetirməlidir

Bütün hallarda, rəsmi İrəvanın hazırkı davranışı qəbulolunmazdır. Erməni tərəfi anlamalıdır ki, Azərbaycanla sülh imzalamalıdır, belə olan təqdirdə İran və Fransa ilə yox, Bakı ilə danışmalıdır. Rəsmi Bakının mövqeyi isə aydındır. Sülh müqaviləsinin mətni üzrə danışıqlar yekunlaşsa da, sənədi imzalamaq üçün İrəvan məlum şərtləri yerinə yetirməlidir. Belə ki, Ermənistan konstitusiyasında və digər normativ hüquqi aktlarda Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dair iddialar aradan qaldırılmalıdır. Paşinyanın və digər erməni rəsmilərinin “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır” sözlərinin heç bir hüquqi qüvvəsi yoxdur. Yəni, bu məsələlər hüquqi sənədlərlə tənzimlənir.  Ermənistanın konstitusiyasında, müstəqillik bəyannaməsində və parlamentinin qərarlarında ölkəmizə qarşı ərazi iddiaları hələ də mövcuddur. Ona görə də, Azərbaycan öz tələblərində haqlıdır. 

Nardar BAYRAMLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 Mart 2025 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see456

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see324

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see302

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see273

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see243

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see243

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see241

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see239

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see232

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see219

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see217

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see204

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see204

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see203

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see201

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see197

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see196

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see195

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see193

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri