Niderland şirkətinin baş direktoru: Zəngəzur dəhlizi ilə Türkiyə anbar mərkəzinə çevriləcək
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Zəngəzur dəhlizi ilə Türkiyə anbar mərkəzinə çevriləcək".
Oxu.Az-ın "Dünya gazetesi"ne istinadən xəbərinə görə, bu sözləri Niderlandın "Raben Group" şirkətinin baş direktoru Evald Raben deyib.
Onun sözlərinə görə, "Raben Group" özünün əməliyyat mükəmməllik modelini Türkiyəyə gətirərək, Avropa və Asiya arasında strateji mərkəz yaratmağı hədəfləyir:
"17 ölkədə 170 anbar, 13 000 işçi və 2 milyon kvadratmetr anbar sahəsi ilə fəaliyyət göstərən şirkət Türkiyəni inteqrasiya olunmuş Avropa logistika şəbəkəsinə daxil edib. İyun ayında Türkiyədə fəaliyyətə başlayan şirkət Polşada inkişaf etdirdiyi uğurlu logistika modelini bu ölkədə tətbiq etməyə başlayıb. Şirkətin dövriyyəsi 2024-cü ilə qədər 2.2 milyard avroya çatıb".
Evald Raben vurğulayıb ki, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə Türkiyənin logistik rolu tamamilə dəyişəcək.
"Dəniz yolu ilə əlaqəli olan nəqliyyatın əhəmiyyətli bir hissəsi Türkiyə üzərindən istiqamətləndirilə bilər. Çatdırılma müddəti və xərc üstünlükləri qalıcı olarsa, Türkiyə Avropanı qidalandıran bir anbar mərkəzinə çevriləcək. Bu halda anbar sahəsinə investisiyalarımızı daha da artırmağı planlaşdırırıq", - deyə o bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 20 Oktyabr 2025 16:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















