Niderland Ukrayna üçün dronlara 248 milyon avro sərmayə qoyur
Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Niderlandın müdafiə naziri Dilan Ceşilqoes-Zegerius Ukraynada Müdafiə Məsələləri üzrə Təmas Qrupunun iclasında bildirib ki, Niderland Ukrayna üçün dronlara 248 milyon avro sərmayə qoyacaq.
Turkustan.az xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində yazıb.
“Niderland Ukrayna üçün dronlara 248 milyon avro sərmayə qoyur. Bu dronlar hər iki ölkəmizdə istehsal olunacaq. Bu yolla biz əməkdaşlığımızı və öz sənayemizi daha da gücləndiririk. Ən əsası isə, bu dronlar Rusiyanın hücumlarını dəf etməyə kömək edir!”, - deyə mesajda bildirilir.
Ukraynanın müdafiə naziri Mixaylo Fedorov Ukraynanın müdafiə məsələləri üzrə təmas qrupunun iclasında bildirib ki, Ukrayna hava hücumundan müdafiəsini gücləndirib , xüsusən də qanadlı raketlərin ələ keçirilməsi səviyyəsi təxminən 80%-ə, dronların ələ keçirilməsi isə 90%-ə çatıb.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 15 Aprel 2026 22:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















