Niderland Ukraynanın enerji sisteminə dəstək üçün 25 milyon avro ayırdı
GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Niderlandın xarici işlər naziri David van Veel Ukraynanın enerji infrastrukturunun gücləndirilməsi məqsədilə 25 milyon avro həcmində yardım ayırdıqlarını açıqlayıb.
Globalinfo.az xəbər verir ki, nazir bu barədə Kiyevə səfəri zamanı sosial şəbəkə “X”də paylaşım edib.
Onun sözlərinə görə, vəsait avadanlıqların alınması, təcili təmir işləri və qaz tədarükü üçün istifadə olunacaq.
Van Veel qeyd edib ki, “Rusiyaya qarşı güclü təzyiqin davam etdirilməsi həyati əhəmiyyət daşıyır.”
Bundan əvvəl Estoniya XİN rəhbəri Margus Tsahkna Ukraynanın enerji sektoruna 150 min avro, Norveç baş naziri Yonas Gar Störe isə təxminən 150 milyon dollar, İsveç isə Ümumdünya Bankı vasitəsilə 35 milyon avro məbləğində yardım ayırdıqlarını açıqlamışdılar.
Əliyar Xəlil
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 28 Oktyabr 2025 19:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















