Icma.az
close
up
RU
Niderland XİN rəsmisi sülh gündəliyinin qarşısındakı çağırışlar barədə məlumatlandırıldı FOTO

Niderland XİN rəsmisi sülh gündəliyinin qarşısındakı çağırışlar barədə məlumatlandırıldı FOTO

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Niderland Krallığının xarici işlər nazirinin müavini Marsel de Vink ilə görüşüb.
Nazirliyin Mətbuat xidməti idarəsindən Bizim.Media-ya bildirilib ki, görüş zamanı ikitərəfli və çoxtərəfli gündəlikdə duran məsələlər, habelə cari regional vəziyyət müzakirə olunub.
 

Azərbaycan-Niderland əməkdaşlığının inkişaf etdirilməsi üçün geniş perspektivlərin mövcud olduğu bildirilib. Bununla belə, münasibətlərin inkişaf etdirilməsinə çətinlik törədən məqamların aradan qaldırılması baxımından qarşılıqlı müzakirə mexanizmləri, xüsusilə siyasi məsləhətləşmələrdən istifadənin, qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olunub.


Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi, ötən il Bakıda keçirilən sessiya zamanı əldə olunan nailiyyətlər barədə ətraflı məlumatlandırıb.
Prosesə maneçilik törədən ikili standartlara baxmayaraq, ölkəmizin ambisiyalı COP29 sədrliyinin əsas prioriteti olan iqlim maliyyəsi mövzusunda bir sıra həlledici elementlər, xüsusilə iqlim maliyyəsi üzrə yeni kollektiv kəmiyyət məqsədinin razılaşdırılması istiqamətində əldə etdiyi vacib nəticələrin əhəmiyyəti qeyd olunub.
Qarşı tərəf, eyni zamanda, postmünaqişə dövründə mövcud regional vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi, delimitasiya üzrə aparılan işlər, habelə sülh gündəliyinin irəlilədilməsinin qarşısında duran mövcud çətinlik və çağırışlar barədə məlumatlandırılıb. Keçmiş münaqişə, o cümlədən postmünaqişə dövründə üzləşdiyimiz ikili standartlar probleminin təəssüf doğurduğu, regional sülh və quruculuq səylərinə xidmət etmədiyi vurğulanıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Eyni gündə, Azərbaycan və Niderland Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Fariz Rzayev, Niderland tərəfindən isə xarici işlər nazirinin müavini Marsel de Vink rəhbərlik edib.


Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:52
embedMənbə:https://bizim.media
archiveBu xəbər 24 Fevral 2025 20:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri