Icma.az
close
up
RU
Niderlandda “Azərbaycan xalçalarının möhtəşəmliyi: Sənət vasitəsilə öyrənmək” mövzusunda xalça sərgisi açılıb

Niderlandda “Azərbaycan xalçalarının möhtəşəmliyi: Sənət vasitəsilə öyrənmək” mövzusunda xalça sərgisi açılıb

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Haaqa, 22 may, AZƏRTAC

Azərbaycanın Niderland Krallığındakı səfirliyi və "Azərxalça" ASC-nin birgə təşkilatçılığı ilə Haaqa meriyasının “Atrium City Hall” zalında “Azərxalça” ASC-nin yeni “Azərbaycan xalçalarının möhtəşəmliyi: Sənət vasitəsilə öyrənmək” mövzusunda xalça sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sərginin açılış mərasimində Haaqa meriyasının rəhbərliyi, Niderlandın müxtəlif dövlət qurumlarının, ölkədə akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların, mədəniyyət, incəsənət, elmi-akademik dairələrin nümayəndələri, Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Ölkəmizin Niderlanddakı səfiri Məmməd Əhmədzadə sərginin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Azərbaycanın xalçaçılıq sənətinin UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 15 illiyinə həsr olunmuş müxtəlif ölkələrdə silsilə tədbirlər çərçivəsində keçirildiyini bildirib.

Diplomat Azərbaycanın qədim və zəngin mədəni irsinin bariz nümunələrindən olan xalçaçılıq sənətinin tarixi və ölkəmizdə bu sənətin inkişafına dövlət tərəfindən göstərilən qayğı barədə məlumat verib. O, dünyada məşhur olan Azərbaycan xalçalarının qədimliyini tanınmış Avropa rəssamlarının əsərlərinin də təsdiq etdiyini bildirərək, Niderland rəssamlıq sənətində iz buraxmış Jan van Eyck və Hans Memling kimi məşhurların da öz əsərlərində Azərbaycan xalçalarının ornamentlərindən istifadə etdiklərini deyib.

Səfir qeyd edib ki, sərginin məqsədi sənət vasitəsilə Azərbaycan mədəniyyətini və həqiqətlərini yerli sakinlərə çatdırmaqdır. Bir ay davam edəcək sərgi Azərbaycan və Niderland xalqlarının yaxınlaşmasına töhfə verəcək. O, Haaqa şəhər bələdiyyəsinə sərginin nümayişinə yaradılmış şəraitə görə təşəkkür edib.

Haaqa merinin müavini Nur İkar bələdiyyə binasında Azərbaycanın xalçaçılıq sənətinin nümunələrindən ibarət sərginin açılmasından məmnunluğunu söyləyib, sərginin Azərbaycanın zəngin və qədim mədəni irsini nümayiş etdirdiyini bildirib. O, Azərbaycan xalçalarının gözəlliyinin uzun əsrlər boyu Avropada, eləcə də Niderlandda doğurduğu əks-sədadan və bir sıra məşhur rəssamların və sənətçilərin öz əsərlərində Azərbaycan xalçalarının ornamentlərinə müraciət etməsindən danışıb. Meriyanın binasının Haaqa şəhərinin gündəlik sosial həyatındakı mərkəzi rolunu nəzərə alaraq, sərginin Azərbaycan mədəni irsinin Niderlandda tanıdılmasına böyük töhfə verəcəyini, onun Haaqanın mədəni həyatının daha da zənginləşməsinə xidmət etdiyini vurğulayıb.

"Azərxalça" ASC İdarə Heyətinin sədri, Əməkdar incəsənət xadimi Emin Məmmədov iki ölkə arasındakı mədəni mübadilədə bugünkü tədbirin vacibliyini qeyd edib. İdarə Heyətinin sədri yüzillik “Azərxalça” ASC-nin tarixindən söz açaraq, tarixi boyunca qurumun ən böyük məqsədi Azərbaycan xalçaçılıq sənətinin inkişafı, təbliğatı və təşviqatı olduğunu qeyd edib. O, mayın 2-dən 4-dək Bakıda təşkil edilmiş və dünyaya səs salan Beynəlxalq Xalça Festivalı haqqında tədbir iştirakçılarına məlumat verib. Sərgidə nümayiş olunan bütün xalçaların tarixi və xalçaçılıq məktəblərindən söz açıb.

“Azərxalça” ASC-nin istehsal etdiyi xalçaların ərsəyə gəlməsində yerli və xarici rəssamlarla, eləcə də dizaynerlərlə əməkdaşlıq çərçivəsində ənənəvi xalçalara istinadla müasir xalçalar yaradıldığını, xalça sənətinin daim inkişaf etdiyini diqqətə çatdırıb. “Azərxalça” ASC – nin xalçaların istehsalı ilə yanaşı xalçaçılıq sənətinin qorunub saxlanılması, inkişaf etdirilərək gələcək nəsillərə ötürülməsi, bu sahəyə xüsusilə regionlarda yaşayan toxucu xanımların cəlb olunması, işlə təmin olunması məsələlərində atdığı önəmli addımlardan danışıb.

E. Məmmədov Haaqa Meriyasının təhsil və mədəniyyət işləri üzrə Baş direktoru Korrie Louvesə Azərbaycanın Xalq rəssamı Lətif Kərimovun “Azərbaycan xalçası” kitabını xatirə olaraq təqdim edib.

Tədbir iştirakçılarına nümayiş olunan xalçalar haqqında məlumat verilib. Tədbir konsert proqramı ilə davam edib və “Xarıbülbül” rəqs qrupunun ifasında “Naz eləmə”, “Mirzəyi” və “Uzun dərə” kimi Azərbaycan milli rəqsləri təqdim olunub.

Sərgi çərçivəsində təşkil olunmuş mühazirə və ustad dərsində Azərbaycan xalçalarının simvolizmi və tarixi təqdim olunub, iştirakçılar ənənəvi düyün texnikası ilə tanış olublar və xalça naxışlarının toxunması prosesini praktiki şəkildə sınaqdan keçiriblər. Bu təcrübəni əldə etmiş iştirakçılara xatirə olaraq sertifikatlar təqdim edilib.

Qeyd edək ki, iyunun 20-dək davam edəcək sərgidə Azərbaycan xalça sənətinin müxtəlif dövrlərinə aid seçilmiş nadir 20 xalça nümunəsi nümayiş olunur. Sərginin məqsədi Azərbaycan xalçaçılıq sənətini yalnız estetik dəyərə malik bəzək elementi kimi deyil, eyni zamanda tarixi yaddaşı qoruyan, nəsilləri birləşdirən və milli kimliyi təcəssüm etdirən canlı mədəni fenomen kimi təqdim etməkdir. Ziyarətçilərin xüsusi marağına səbəb olan eksponatlar sırasında Qarabağ xalça məktəbinin Qasımuşağı və Çələbi kompozisiyalarının müasir interpretasiyaları, rəssam Samirə Allahverdiyevanın əsərlərindən ilhamlanaraq hazırlanmış “Bağda meyvələr” adlı 3D teksturalı xalçalar, eləcə də 2024-cü ildə “Architectural Digest” jurnalının “Dünyanın ən yaxşı 100 dizayneri” siyahısına daxil edilmiş alman dizayner Jan Kathın eksklüziv xalçaları yer alır.

Sərginin keçirildiyi Haaqa bələdiyyə binasındakı “Atrium City Hall” gün ərzində təxminən 4 min ziyarətçi qəbul edir ki, bu da bir ay ərzində Azərbaycan xalçalarının geniş auditoriyaya təqdim edilməsinə imkan yaradır.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Haaqa

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 May 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri