Niderlandda şəhər bələdiyyəsi 46 sənət əsərini zibilliyə atdı
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Niderlandın Apeldorn şəhərinin bələdiyyəsi səhvən 46 sənət əsərini, o cümlədən amerikalı rəssam Endi Uorholun hazırladığı kraliça Beatriksin portretini zibilliyə atıb.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, Uorhol 80-ci illərin ortalarında kraliçanın portretini ipək üzərində çəkib. Hazırda bu əsər ən azı 15 min avro dəyərində qiymətləndirilir.
Əsər bələdiyyə binasının təmir işləri zamanı zibilliyə atılıb.
Təmir işləri zamanı binanın zirzəmisində anbar yaradılıb və sənət əsərləri ora köçürülüb. Eksponatlar yüksək ehtimalla zirzəmidən zibillə birlikdə çıxarılıb.
İtirilən əsərlər ümumən ən azı 22 min avro dəyərində olub. Araşdırmaçıların fikrincə, onları tapmaq ehtimalı sıfıra yaxındır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 27 Aprel 2025 07:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















