İki qız tələbəyə 20 bıçaq zərbəsi vurdu Cinayəti VİDEOYA çəkdilər
Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiyanın Omsk vilayətində iki gənc qız qısqanclıq zəminində kollec tələbəsinə bıçaqla hücum edib.
Lent.az xəbər verir ki, bu barədə “Baza” Telegram kanalı məlumat yayıb.
Hadisə Bolşereçye qəsəbəsində baş verib. Məlumata görə, iki qız tanışları olan yerli kollec tələbəsinə hücum edərək ona 20-dən çox bıçaq zərbəsi endirib.
Zərbələrdən bəziləri zərərçəkmişin boyun və ayaq nahiyəsinə dəyib. Hücum edən qızlar baş verənləri mobil telefonla lentə alıblar.
İlkin ehtimala görə, hadisəyə səbəb hücum edənlərdən birinin sevgilisinə görə qısqanclıq etməsi olub.
Ağır yaralanan tələbə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Hadisəni törətməkdə şübhəli bilinən hər iki qız polisə aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 11 Noyabr 2026 10:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















