Niderlandın Baş naziri Azərbaycanla əlaqələri yüksək qiymətləndirir
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Niderlandın Baş naziri Dik Sxof özünün “X” hesabında Prezident İlham Əliyevlə Kopenhagendə keçirdiyi görüşlə bağlı paylaşım edib.
APA-nın xəbərinə görə, paylaşımda görüş zamanı ikitərəfli əlaqələrin möhkəmləndirilməsinin müzakirə olunduğu bildirilib.
“Bu gün Kopenhagendə keçirilən Avropa Siyasi Birliyinin iclasında Azərbaycan Prezidenti İlham Əliyevlə danışdım. Mən Azərbaycanla əlaqələrimizi və Azərbaycan-Ermənistan sülh prosesində əldə olunan irəliləyişi yüksək qiymətləndirdiyimi ifadə etdim. Biz ticarət, logistika və dənizlə bağlı sahələrdə əlaqələrimizin genişləndirilməsi fürsətlərini müzakirə etdik”, - Niderlandın Baş naziri paylaşımında qeyd edib.

Pakistanın Baş nazirinin müavini Azərbaycanla əlaqələri gücləndirməyi tapşırıb
25 Mart 2025 17:35
Kobaxidze: Azərbaycanla əlaqələri gücləndirməyə hazırıq
06 Noyabr 2024 15:27
Səfir: “Ukrayna Azərbaycanla əlaqələri genişəndirəcək”
12 Noyabr 2024 08:48
Paşinyan: Azərbaycanla ticarət əlaqələri qurulacaq
21 Avqust 2025 17:15
Nazir: Türkiyənin Azərbaycanla əlaqələri hər sahədə ən yüksək səviyyədədir
12 Noyabr 2024 17:27

