Icma.az
close
up
RU
“Nifrət etdiyiniz ekspertlərin deyil, Məleykə Abbaszadənin statistikasını təhlil edin!” Etibar Əliyev nazirə səsləndi

“Nifrət etdiyiniz ekspertlərin deyil, Məleykə Abbaszadənin statistikasını təhlil edin!” Etibar Əliyev nazirə səsləndi

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

“Ölkədə riyaziyyat, informatika, fizika və kimya fənlərinin tədrisinin acınacaqlı olması barədə fikrimi Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin rəhbəri Məleykə Abbaszadə "Xalq" qəzetinə müsahibəsində təsdiqlədi”.

“AzPolitika” bildirir ki, keçmiş deputat, elm və təhsil sahəsi üzrə mütəxəssis Etibar Əliyev “Facebook” paylaşımında bunu yazıb.

O, DİM sədrinin müsahibəsindən sitat gətirir: "Xüsusilə narahatlıq doğuran sahələrdən biri də kimyadır. Abituriyentlərin daha çox seçdiyi I qrupda bu fənnə aid bir çox ixtisas var. I qrupda orta göstərici 24.18 faiz, IV qrupda isə 49.17 faizdir, yəni qruplar arasında təxminən 25 faiz fərq mövcuddur. Mövcud nəticələr hələ qənaətbəxş deyil və təkmilləşdirilməyə ehtiyac var.

I qrupda fizika üzrə düzgün cavabların faizi 33.29-dur və bu isə kifayət qədər aşağı səviyyədir, riyaziyyat üzrə də vəziyyət eynidir: Bu məsələdə maraqlı bir məqam da budur ki, gələcəkdə İT sahəsində fəaliyyət göstərmək istəyən abituriyentlərin riyaziyyat nəticələri kifayət qədər yüksək olmalıdır. Bizə çox təkidlə müraciət edirdilər ki, informatika fənni üzrə də imtahanlar keçirilsin və biz bunu təşkil etdik. Lakin nəticə 37.86 faizdir, keçən illə müqayisədə cüzi olaraq artsa da, bu göstərici qənaətbəxş deyil".

Etibar Əliyev daha sonra Elm və təhsil nazirinə müraciət edir: “Cənab Emin Əmrullayev! Özünüz də daxil olmaqla komandanızda bu fənlərin elementar əsaslarını bilənlər varsa, nifrət etdiyiniz ekspertlərin deyil, M. Abbaszadənin statistikasını təhlil edin. Böyük Zəfər qazanmış ölkənin vacib fənlər üzrə göstəriciləri belə olmamalıdır...”

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 16 Sentyabr 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see509

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see230

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see224

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see209

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see208

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see202

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see200

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see195

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see185

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see181

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see180

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see177

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see157

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see156

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see153

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see151

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see146

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see141

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see139

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri