Icma.az
close
up
RU
Nigar Arpadarai: Dövlətözəl sektorvətəndaş cəmiyyəti üçbucağında əməkdaşlıq mexanizmləri qlobal layihələrə zəmin yaradır AZƏRTAC

Nigar Arpadarai: Dövlətözəl sektorvətəndaş cəmiyyəti üçbucağında əməkdaşlıq mexanizmləri qlobal layihələrə zəmin yaradır AZƏRTAC

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 14 dekabr, AZƏRTAC

Azərbaycan beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməklə qlobal proseslərin fəal iştirakçısına çevrilməkdə davam edir. Bir neçə həftə öncə dünya ictimaiyyətinin diqqəti Azərbaycanda keçirilən COP29 iqlim sammitinə yönəlmişdi. Bu konfrans iqlim dəyişikliyi ilə mübarizə kontekstində, həm qlobal həm də regional miqyasda həlledici əhəmiyyət daşıyan məsələlərin müzakirəsi baxımından mühüm platformaya çevrildi. COP29-un təşkilatçılıq səviyyəsi və iştirakçıların fəallığı Azərbaycanın qlobal proseslərdəki nüfuzunu bir daha təsdiqlədi. Bu tədbirin müvəffəqiyyəti Azərbaycanın yalnız ev sahibliyi funksiyasını uğurla yerinə yetirməsi ilə deyil, həm də təşəbbüskar qismində çıxış etməsi ilə yadda qaldı. Ölkəmiz COP29 çərçivəsində dörd mühüm təşəbbüs irəli sürüb və bu təşəbbüslər təkcə dövlət sektorunu deyil, vətəndaş cəmiyyətini, özəl sektoru və digər tərəfdaş qurumları da əhatə edib.

AZƏRTAC xəbər verir ki, bu sözləri COP29 üzrə BMT-nin yüksək səviyyəli iqlim çempionu, Milli Məclisin deputatı Nigar Arpadarai Bakıda “Sıfıra doğru” şüarı altında keçirilən Sənaye Təhlükəsizliyi Zirvəsində çıxışı zamanı söyləyib.

Onun sözlərinə görə, COP29-un əsas uğurlarından biri dövlət, özəl sektor və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın gücləndirilməsi oldu: “İlk dəfə olaraq bu səviyyədə inklüziv iştirakçılıq təmin olunub və müxtəlif tərəflər arasında dialoq körpüləri qurulub. İqlim dəyişikliyi ilə mübarizənin hər bir ölkənin, hər bir sektorun və hər bir fərdin üzərinə düşən vəzifə olduğu nəzərə alınaraq, bu əməkdaşlığın davam etdirilməsi və genişləndirilməsi prioritet hədəf kimi müəyyənləşdirilib”.

N.Arpadarai iqlim dəyişikliyinə qarşı mübarizədə kənd təsərrüfatı, dayanıqlı iqtisadi inkişaf, yaşıl maliyyələşdirmə və rəqəmsal innovasiyaların tətbiqi kimi istiqamətlərin mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Bu sahələrdə dövlət və qeyri-dövlət strukturlarının tərəfdaşlığı, həmçinin özəl sektorun aktiv iştirakı dayanıqlılığın təmin olunmasına və sosial-iqtisadi inkişafın sürətləndirilməsinə şərait yaradacaq”.

O bildirib ki, Azərbaycanda COP29 dövrü üçün yeni yanaşma formalaşdırılıb: “Bu çərçivədə dövlət qurumları, vətəndaş cəmiyyəti və özəl sektor arasındakı əməkdaşlıq daha da gücləndiriləcək. Məqsəd yalnız qlobal proseslərdə iştirakçı olmaq deyil, həm də bu proseslərin təşəbbüskarı və istiqamətvericisinə çevrilməkdir”.

“COP29-un uğurla başa çatması Azərbaycanın iqlim dəyişikliyi sahəsində qlobal liderlik mövqeyini möhkəmləndirdi. Dövlət-özəl sektor-vətəndaş cəmiyyəti üçbucağında qurulan əməkdaşlıq mexanizmləri iqlim sahəsində yeni regional və qlobal layihələrin reallaşdırılmasına zəmin yaradır. Bu uğurlar ölkəmizin beynəlxalq arenadakı mövqeyini gücləndirməklə yanaşı, iqlim dəyişikliyi ilə mübarizə üzrə gələcək əməkdaşlıq platformalarının formalaşdırılmasına da təkan verir. Ölkəmizin irəli sürdüyü təşəbbüslərin qlobal tərəfdaşlar tərəfindən dəstəklənməsi isə iqlim təhlükəsizliyinin təmin edilməsində mühüm mərhələ olacaq”, - deyə N.Arpadarai əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Dekabr 2024 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri